8 C
Baku
Friday, March 29, 2024

Pullara yanaşmanı dəyişən əsas texnologiyalar

Böhranın başladığı andan artıq 5 il keçsə də, dünya banklarının böyük əksəriyyəti əvvəl işlədikləri kimi işləməyə davam edirlər. Böhran bankları dəyişmədi, xüsusən də amerikan banklarını. Bir çoxları isə bunun əksini güman edirdilər.

Hazırda bir çox maliyyə institutlarının rəhbərləri əvvəllər olduğu qədər əminlik hissinə sahib deyillər. Onları dünya iqtisadiyyatı deyil, texnoloji yeniliklər maraqlandırır.

Keçən il beynəlxalq konsaltinq şirkəti olan Accenture bank sektorunun gələcək bir neçə il ilə bağlı araşdırmasını nəşr etdi. Bu araşdırmaya əsasən belə bir nəticəyə gəlmək olar ki, maliyyə institutları artıq 2020-ci ildə öz yerlərini texnoloji şirkətlərə verə bilərlər.
Aşağıda sizə bazara daha çox təsir edən 4 əsas texnoloji yeniliyi təqdim edirik: Bunlar məsləhətçi robotlar, elektron ödənişlər, kriptovalyutalara və crowd funding-dir.

Bu bazar məhv olmaq üçün kifayət qədər yetişib. Robot məsləhətçilər portfel yaratmaq üçün proqram təminatından istifadə edir. Bəzi professional məsləhətçilər ehtiyat olaraq robot məsləhətçi “işə götürür”. Hazırda robot məsləhətçilərin idarəsində 2,5 milyard dollar var.
Elektron ödənişlər də əsl uğura nail ola biləcək bir istiqamətdir və hazırda ondan fəal olaraq istifadə edilir. Artıq cibdə kredit kartı və yaxud kağız pul daşımağa ehtiyac qalmır və bütün ödənişləri mobil cihazların köməkliyi ilə həyata keçirmək mümkündür.

ABŞ-da keçən il investorların vençur layihələrə 29,4 milyard yatırmalarına baxmayaraq, banklar ümumilikdə 2010-2013-cü illər ərzində müəssisələrə 400 milyard dollar kredit ayırmışlar. Bir çox şirkətlər bu günə qədər ənənəvi mənbələrdən pul vəsaitləri cəlb etməyi bacarmır. Bu əlbəttə, böhranın nəticəsidir, lakin fakt fakt olaraq qalır. Əgər tələbat varsa, demək təklif də var. Crowd funding – pul vəsaitləri cəlb etməyin yeni alternativ üsuludur.

Xüsusi internet saytları mövcuddur ki, insanlar hazır layihələri və maraqlı ideyaları ilə buraya daxil olur və marağında olan geniş kütləyə öz layihəsini sərmayələşdirmək niyyətini çatdırır.

Pullara ənənəvi yanaşmanı dəyişən yeni texnologiyalardan biri də kriptovalyutalardır. Buna ən parlaq nümunə olaraq bitcoin-ləri göstərə bilərik. Bitcoin kriptovalyutalar sırasında ən məşhuru və ən çox istifadə edilənidir. Gün ərzində bu valyutadan istifadə həcmi 80 min tranzaksiya həcmindədir. Bazar isə 8 milyard dollar olaraq qiymətləndirilir. Ola bilsin ki, gələcəkdə hər addımda bitcoin-lərlə qarşılaşa bilərik.

Son xəbərlər
Digər xəbərlər