16 C
Baku
Thursday, March 28, 2024

Pulların idarə edilməsi üzrə mahirlərdən 4 maliyyə məsləhəti

John Rockefeller, Robert Kiyosaki, Dave Ramsey və George Samuel Clason maliyyə rifahının sirlərini açıqlayır.

John Rockefeller (sahibkar, filantrop, bəşəriyyətin ilk milyarderi) : Gəlir və xərclərinizi diqqətdə saxlayın

Başlanğıc üçün maliyyə məsələlərinizin hazırda hansı vəziyyətdə olduğunu anlamaq vacibdir. Rockefeller daim gəlir və xərclərin qeydini aparmağı məsləhət görürdü. Onun özü əldə edilmiş, xərclənmiş və sərmayə olaraq yatırılmış hər bir dolları diqqətə alırdı.

Birincisi, xərclərinizin siyahısını yazmağa başlayın. Bunun üçün son 3 ayı əhatə edən kart üzrə qəbzləri və bank hesabınızı nəzərdən keçirin.

İndi isə prioritetlərinizi təyin etməyə çalışın. Keçmiş qərarlarınızın gələcəyinizə diktə etmək kimi bir mütləqliyi yoxdur. Hazırda sizin üçün əsl nəyin vacib olduğu barədə düşünün. Bəlkə köçmək istəyirsiniz? Səyahətə yollanmaq? Kreditlərdən qurtulmaq? Qərar sizindir.

George Clason (sahibkar, “Babilin ən varlı insanı” kitabının müəllifi) : İlk öncə özünüzə ödəniş edin

Gəlirin 10%-nin qənaət olaraq kənara qoyulmasını ilk Clason təklif edib. Bu prinsip istənilən gəlir miqdarında mümkündür. Onun sözlərinə görə, gəlirinizin 90% və yaxud 100%-i yaşadıqda demək olar ki, fərq hiss etməyəcəksiniz. Bunun əvəzində mütəmadi olaraq məqsədlərinizə nail olmaq üçün mütləq olan vəsait toplanacaq.

Bu prinsipdən heç deyilsə 3 ay ərzində istifadə etməyi sınaqdan keçirin və hansı nəticələr əldə etdiyinizə baxın.

Dave Ramsey (sahibkar, müəllif, radioaparıcı) : Qənaətlə yaşayın

Reklam və populyar trendlər yenə və yenə bizi xoşbəxtliyi ala biləcəyimizə inandırır. Lakin qəlbimizin dərinliyində başa düşürük ki, yeni avtomobil və yaxud ən son model iPhone əsl həyat məmnunluğu qazandıra bilməz.  

Ramsey alış-verişə olan münasibətimizi dəyişməyi və daha qənaətcil həyat tərzi sürməyimizi məsləhət görür. Yeni telefon və yaxud yeni bahalı ayaqqabı sizə bu qədərmi lazımdır? Yadda saxlayın, pul qazanmaq xərcləməkdən daha çətindir.

Robert Kiyosaki (sahibkar, investor, “Varlı Ata, Kasıb Ata” kitabının müəllifi) : Aktiv və passivlər arasındakı fərqi anlayın

Bu hissə daha çoxuna sahib olmaq istəyənlər üçündür. Məsələn, təqaüdə daha tez çıxmaq və yaxud bütün zamanınızı xeyriyyə işlərinə sərf etmək istəyirsiniz. Bəlkə, uşaqların təhsil haqqlarını ödəmək niyyətindəsiniz, yaxud sadəcə olaraq əlavə gəlir mənbələri axtarırsınız. Kiyosaki bunun üçün aktiv və passivləri ayırd etməyi bacarmağı öyrənməyi məsləhət görür.

Belə ki, aktivlərə gəlir gətirən daşınmaz əmlak nümunəsi, qiymətli kağızlar, müəllif qonorarları, investisiyalar. Passiv gəlirlərə isə ev, avtomobil, müxtəlif gadgetlər, kreditləri aid etmək olar.

Kiyosaki işinizdə zəhmət çəkməyə davam etməyi, lakin kor-koranə ilişib qalmayaraq maliyyə gələcəyinizi öz əllərinizə almağı məsləhət görür. Dövlətin və yaxud hər hansı bir kimsənin gələcəyinizin qayğısına qalacağına arxalanmayın. Özünüz öz qayğınıza qalmalısınız.

Son xəbərlər
Digər xəbərlər