25 C
Baku
Saturday, April 20, 2024

Pulsuz bankomat

Pulun olmaması səbəbindən bankomatın işləməməsi adi haldır. Bankomatların işləməməsinin əsas səbəbi bankların avtomatların xidmətində qənaət etməyə çalışmasıdır. Britaniya şirkəti KAL bankomatları öz faydalılığını itirmədən nağd pul vermək zərurətindən azad etməyin yolunu fikirləşib tapdı. KAL yeni sinif avtomatlar – Retail-Teller Machine (RTM) ixtira etdi. Onlar yalnız mağazalarda quraşdırılmaq üçün nəzərdə tutulub. Adi bankomatlardan (ATM) fərqli olaraq, onlar pul deyil, saxtakarlıqdan mühafizə olunmuş kuponlar çap edirlər ki, daha sonradan həmin kuponları mağaza satıcıları nağd pullara çevirirlər.

Banklar mağazaların hesablarına kuponlarda göstərilmiş məbləğdə nağdsız köçürmələri həyata keçirirlər. Digər hallarda pulsuz bankomatlar ənənəvi banknotların eyni funksiyaları yerinə yetirir: xidmət haqqının ödənilməsi, köçürmələr, depozitin artırılması, əsas və əlavə ekranlarda reklam mesajlarının göstərilməsi və s.

İstehsalçının rəyinə görə pulsuz bankomatlar hamıya sərfəli olacaq. Banklar:

  • Aqreqatların dəyərində qənaət edəcəklər (onlarda olan pulları mühafizə etməyə ehtiyac yoxdur, çünki pul yoxdur)
  • Xidmət 10 dəfə ucuzlaşacaq (nağd pulu daşımağa ehtiyac yoxdur, hətta çek lentlərinin dəyişdirilməsi ilə də mağazaların özləri məşğul olacaq)
  • Ilk iki punktdan çıxış edərək banklar kiçik yaşayış məntəqələrində də özlərinin bankomatlar şəbəkəsini genişləndirə biləcəklər.

Mağazalar:

  • Mağaza ziyarətçilərinin sayı artacaq
  • Mağazalar nağd ödənişləri nağdsıza çevirməklə pulların təhlükəsizliyini təmin etmiş olacaq
  • Əgər əlavə ekranlarda reklamların yerləşdirilməsindən müəyyən haqq əldə etsələr qazanc əldə edəcəklər

124

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər