22 C
Baku
Tuesday, April 23, 2024

Pulunuzu xarici ölkəyə necə apara bilərsiniz?

Xarici ölkəyə getməyi qərara alarkən ilk növbədə pulunuzu sərhəddən kənara necə çıxaracağınızı düşünmək lazımdır. Bu nağd pul, plastik kart və digər variantlar ola bilər. Pul vəsaitlərinin xaricə aparılmasının hər bir variantı özünəməxsus üstünlüklərə sahibdir. Lakin plastik kart variantı daha məsləhətlidir.

Əsas olan əlavə xərc və əziyyətdən qaçmaq üçün plastik kartının növünü və valyutanı düzgün seçməkdir. Eyni zamanda yalnız bir maliyyə alətinə arxalanmaq lazım deyil.

Əcnəbi valyuta

Bu halda əsas sual optimal konvertasiya sxemidir. Mübadiləni öz ölkəmizdə və yaxud getmək istədiyiniz ölkədə həyata keçirə bilərsiniz. Xaricdə pul mübadiləsi əməliyyatlarını banklarda, böyük otellərdə və şəxsi mübadilə məntəqələrində edə bilərsiniz. Səfərə çıxmamışdan öncə isə harada ən yaxşı şərtlərin olduğuna dair kiçik bir turistik araşdırma aparın.

Plastik kartlar

Yuxarıda da qeyd etdiyimiz kimi bu xarici ölkəyə pul aparmağın ən ideal yoludur. Birincisi, əksər ölkələrdə plastik kartlar ən populyar ödəniş vasitəsidir. İkincisi isə, əvvəlcədən kartınızı istənilən valyuta ilə əldə edə bilərsiniz. Üçüncüsü isə kart hesabında olan pul vəsaitləri gömrük müsadirəsinə uğramır. Daha doğrusu kartda istənilən məbləği apara bilərsiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər