15 C
Baku
Saturday, April 20, 2024

Putin Tramp ilə görüşə 40 dəqiqə gecikdi, Trump isə öz növbəsində 20 dəqiqə gec gəldi

Rusya Dövlət Başçısı Vladimir Putin  ABŞ prezidenti Donald Tramp ilə Helsinkidə keçirilən görüşə 40 dəqiqə gecikib. Aleksey Venediktov 16 iyul bazar ertəsi teleqram-kanalında Trampın 20 dəqiqə daha gec geldiyini bildirib.

Beləliklə, Rusya və ABŞ prezidentləri arasında ilk tamhüquqlu görüş planlaşdırılmışdan bir saat sonra başlayıb. Jurnalistlərə verilmiş cədvələ görə, İclas yerli vaxtla saat 13:15-də başlayacaqdı( Moskva ilə üst-üstə düşür) lakin Putinin təyyarəsi Helsinkidə saat 13:00-da enib.

Tramp bu ərəfədə artıq Finlandiyada idi və bir neçə görüş keçirmişdi. Onun geçikmə səbəbləri haqqında indiyə qədər heç bir məlumat verilməyib.

Görüş zamanı Putin, ikitərəfli münasibətləri və dünyanın «ağrılı nöqtələri»  haqqında müzakirə aparmağı təklif edib.

Təxmin edilir ki, prezidentlərin görüşü üç saat davam edəcək. İlk yarım saat müddətində  onlar təkbətək danışıqlar aparacaqlar ( yalnız tərcüməçilər olacaq), daha sonra Rusya Xarici İşlər Naziri Sergey Lavrov, Putinin köməkçisi Yuri Uşakov, ABŞ dövlət katibi Mayk Pompeo və Trampın ən yaxın məsləhətçiləri Putin və Trampa qatılacaqlar. Lakin Uşakovun sözlərinə görə, prezidentlərin vaxt limiti yoxdur- bu səbəblə görüşün neçə saat davam edəcəyi onlardan aslıdır.

Putin çox vaxt görüşlərə gecikir. 2014-ci il tarixində o Almaniyanın baş naziri Angela Merkellə görüşə dörd saat 15 dəqiqə gecikib. İki il bundan əvvəl Ukrayna prezidenti Viktor Yanukiviç də Putini dörd saat gözləməli olub, lakin Rim Papası John Paul II ilə görüşə Putin vaxtında gedib.

Yaponiya baş naziri ilə görüşə Putin 3 saat gecikib, amma bundanda pis hallar olub.

Son xəbərlər
Digər xəbərlər