PwC şirkəti 1200-dən çox CEO ilə apardığı sorğu nəticəsində hər rəhbərin etməli olduğu dörd şeyi müəyyən edib

PwC konsaltinq şirkəti hər il 1200-dən artıq baş müdir ilə sorğu aparır. Bu məlumatlar əsasında şirkətin rəhbəri Bob Moritz BusinessInnsider-ə hər bir rəhbərin etməli olduğu dörd şey haqqında danışıb.

Moritzin sözlərinə görə, bu ilki sorğu göstərir ki, ilk növbədə, gəlirlərin bərabərsizliyindən qaynaqlanan, iqtisadi artım və sosial tərəqqinin uyğunsuzluğuna görə narahatlıq keçirən menecerlər qrupu mövcuddur. PwC-nin sədri bununla mübarizə aparmağa kömək edə biləcək dörd məsləhət verib.
Maliyyə məqsədlərini nəzərə almadan metrikalar hazırlayın

Moritz qeyd edir ki, “biznes rəhbərləri kimi biz ÜDM və səhm dəyəri kimi göstəriciləri həyatın keyfiyyət göstəriciləri ilə ölçə bilərik”. Onun sözlərinə görə, rəhbərlərin çoxu investorlarla deyil, səhmdarlarla əlaqələri yaxşılaşdırmaq üçün İdarə Heyəti ilə işləyir. Məsələn, Unilever şirkəti 2020-ci ilə qədər bütün kənd təsərrüfatı xammalının ekoloji cəhətdən təmiz olmağı üzərində işləyir.

Yeni texnologiyaları insanların maraqlarını nəzərə alaraq tətbiq edin

Son bir neçə il ərzində iş aləmində tez-tez süni intellektin inkişafı və onun əmək bazarına necə təsir edəcəyindən danışırlar. Moritz şirkətlərə süni intellekt kimi yeni texnologiyaları əməkdaşlarının maraqlarını nəzərə alaraq tətbiq etməyi tövsiyə edir və Microsoft şirkətini nümunə olaraq göstərir.

İşçilərin təhsilinə sərmaye qoyun

Moritz qeyd edir ki, sorğu keçirdiyi rəhbərlərin əksəriyyərti işçilərin təhsilinə sərmaye qoymağın vacibliyini təsdiq etdikdə, çox sevinib. PwC-nin sədri əmindir ki, biz texnologiyaların iş yerlərini dəyişdirdiyi və yaxud sıradan çıxartdığı bir zamanda yaşayırıq.

Bütün maraqlı tərəfləri razı salacaq məqsədə doğru irəliləyin

BlackRock şirkətinin baş müdiri Larri Fink, yanvar ayında dünyanın ən böyük investisiya şirkətlərindən biri olan şirkətinin yalnız cəmiyyətdə rolunu və uzun müddətli strategiyasını təyin edə biləcək təşkilatlarla işləyəcəyini açıqladıqda, böyük müzakirələrə səbəb olmuşdu. Moritz bununla razıdır və qeyd edir ki, bu müasir dünyada bir zərurtədir.

📝 RƏY BİLDİR