Qəbələyə dəmir yolu xəttinin çəkilməsinə başlanılıb

“Azərbaycan Dəmir Yolları” QSC Qəbələ rayonuna dəmir yolu xətti çəkməyə başlayıb.

Bu barədə Report-a açıqlamasında qurumun sədri Cavid Qurbanov məlumat verib.

“Eyni zamanda Qusar rayonunda dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri davam etdirilir”, – o qeyd edib.

Bundan başqa, C.Qurbanovun sözlərinə görə, Bakı ətrafında elektrik qatarlarının hərəkət edəcəyi yeni dəmir yolu xəttinin çəkilməsi ilə bağlı da iş aparılır: “Nargilə” kafesi tərəfdən keçməklə Maştağa qəsəbəsinə, Bağlar adlanan əraziyə, Albalıq stansiyasına, eləcə də Zirə qəsəbəsinə qədər qatarlar gedəcək”.

📝 RƏY BİLDİR