15 C
Baku
Friday, March 29, 2024

Qənaətcil insanları varlı edən strategiyalar

Qənaətcil milyonçular xərclərini azaldaraq, bir çox şeylərdən imtina edərək illərlə sərvət toplayır. Onlar daha sonradan kənara atdıqları vəsaitlərdən məntiqli şəkildə investisiya olaraq istifadə edirlər.

Milyonlara aparan bu yol azı 32 tələb edir. Bu kateqoriyaya aid olan insanlar adətən risklərə meyilli olmur, həyatlarının əksər hissəsini işləyir və qənaət edərək yaşayırlar. Onların sərvəti orta hədlə 3,4 milyon dollar təşkil edir.

Lazım olan tək şey intizam, zəhmət və pullarla münasibətdə qənaətcil davranış tərzidir. Qənaətcil milyonçuları müəyyən düşüncə tərzi fərqləndirir. Onların ən yaxşı strategiyalarını təqdim edir:

1. Onlar qarşılarına məqsəd qoyur və bu məqsədlərə pul ayırır

Qənaət hesabına varlanmış milyonçuların 94%-i öz əmək haqqlarının 20%-ni və yaxud daha çoxunu kənara qoyub. Və onlar bunu uzun müddət, öz sərvətlərini toplayana qədər davam edib.

Özünüzdə elə ilk əmək haqqınızın 10, 5 və yaxud heç deyilsə 1%-ni kənara qoymaq vərdişini formalaşdırın. Uğrunda pul toplayacağınız məqsəd təyin edin və hədəfdən yayınmayın. Bununla qənaət etmək vərdişinə yiyələnə bilərsiniz.

Son məqsəd gəlirinizin 20%-ni qənaət olaraq ayıra biləcəyiniz səviyyəyə çatmaq və bu əmanətləri məntiqli şəkildə sərmayə olaraq istifadə etmək lazımdır.

2. Onlar pulu görünməz edir

Görünməz əmək haqqı – gəlir etdiyiniz andaca pulların sehrinə qapılmamaq üçün kənara ayırmaqdır. Əmanətlərinizin avtomatlaşdırılması məhz belə baş verir.

Əmanət hesabı açın.  Hər dəfə gəlir əldə etdikdə dərhal müəyyən məbləğdə vəsaiti o hesaba yatırın. Beləliklə, əsas cari hesabınızda qalan məbləği xərcləyə biləcəksiniz.

3. Onlar xərclərini azaldır

Özü-özünü varlı etmiş qənaətcil şəxslər xərclərini azaltmaq üçün mümkün olan hər şeyi ediblər. Buna aşağıdakı etməklə nail olmaq olar:

  • Mənzilə aylıq əmək haqqınızın 25%-dən çoxunu sərf etməyin.
  • Qidaya maaşınızın 15%-dən çoxunu sərf etməyin.
  • Əyləncələrə maaşınızın 10%-dən çoxunu xərcləməyin. Burada əyləncə dedikdə barlara, kinoya, restorana və s. səfər nəzərdə tutulur.
  • Maaşınızın 5%-dən çox olmayan hissəsini avtomobilə xərcləyin.
  • Məuzniyyətə isə illik əmək haqqınızın 5%-dən çox olmayan hissəsini ayırın.
  • Heç vaxt qumar oynamayın.
  • Kredit kartı üzrə borclara nəzarət edin. Məişət səviyyəsində kredit kartlarından istifadə edirsinizsə, deməli maliyyə cəhətdən tam təminatlı həddinə çatmamısınız.
  • Düşünülmüş şəkildə yatırım edin. Tez bir zamanda varlanmaq “sirlərinə” aldanmayın. Belə bir anlayış mövcud deyil. Sizi varlı edən əmanətlərinizdir.

 

Son xəbərlər
Digər xəbərlər