15 C
Baku
Friday, March 29, 2024

Qərar qəbul etməyimiz haqqında 6 maraqlı fakt

1. Diaqnoz təyin edərkən özünə “tamamilə əmin” olan həkimlər bu halların 40%-də səhvə yol verirlər. Bir qrup tələbə qiymətləndirmə apararkən, öz səhv etmə ehtimallarını 1% təyin etdikləri halda, onlar 27% halda səhvə yol veriblər. Biz öz iddialarımıza həddindən artıq çox inanırıq.

2. Biz təsdiqedici informasiyaya inanmağa inkaredici informasiyadan 2 dəfə daha çox meyilliyik. Bəzən biz informasiya yığdığımızı zənn edirik, əslində isə mövcud ideyaya dəstək veririk. Hər hansı bir ideyanın gerçək olmasını istədiyimizdə bu arzumuzu təsdiq edən informasiyanı toplayırıq, əksini deyil.

3. Düzgün qərarlara aparan ilk addım – “bəli, yaxud xeyr” yanaşmasına inamsızlıq ilə yanaşmaqdır. Bu cümləni eşitdikdə dar çərçivədə ilişib, ilişmədiyiniz barədə düşünməyə başlamalısınız. Daha geniş axtarışlar üçün güc sərf etməyə hazırsınızsa, bu zaman bir qayda olaraq sonda əvvəl sandığımızdan daha çox variant ilə qarşılaşırıq.

4. Emosiyalarımızı qaydasına salmağa kömək edə biləcək alət Syuzi Uelç tərəfindən yaradılıb. Bu qayda 10/10/10 adlanır. Bu qaydadan istifadə etmək üçün öz qərarlarımıza üç fərqli çərçivədə nəzərdən keçirməliyik. 10 dəqiqədən sonra bu qərara necə yanaşacam? Bəs 10 aydan sonra? Bəs 10 ildən sonra? Üç zaman çərçivəsi – öz qərarlarımıza müəyyən qədər kənardan baxmağa məcbur edir.

5. Fikir ayrılığı barədə düşünün. General Motors şirkətinin sədri və CEO-su Alfred Sloun bir dəfə iclası bu sual ilə yarıda kəsir: “Cənablar, mən belə başa düşürəm ki, biz hamımız bu qərar ilə razıyıq?” İclasın bütün iştirakçıları başları ilə bu sualı təsdiq edir. Bu zaman Sloun deyir: “Elə isə, zamanla fikir ayrılıqları tapmaq üçün bu sualın növbəti müzakirələrini təxirə salırıq. Ola bilsin, bu zaman qərarın əsl mahiyyətinin nə olduğunu anlaya bildik”.

6. Həyat bizə “bu və ya digərini seç” dedikdə bu sualı vermək cəsarətinə sahib olmalıyıq: “Bəlkə, elə hər ikisi?!”

 

 

Son xəbərlər
Digər xəbərlər