12 C
Baku
Thursday, March 28, 2024

Qadağa sonrası – İranda dollara təlabat kəskin artıb

İranda vətəndaşlar ölkənin dəyərini itirmiş milli valyutası – rialı ABŞ dollarına dəyişmək üçün valyuta-dəyişmə məntəqələrinə hücum ediblər.

Türk mətbuatına istinadən, məntəqələrin qarşısında uzun növbələr yaranıb, “qara bazar”da fəaliyyət göstərən yüzlərlə möhtəkir həbs edilib.

Valyuta-dəyişmə məntəqələrindən birinin rəhbəri bildirib ki, hazırda bir dəfəyə maksimum 2 000 dollar satmaq olur. Bəzi vətəndaşlar onu aldıqdan sonra “qara bazar”da baha qiymətə sataraq gəlir əldə edirlər.

İran Mərkəzi Bankı rialın kəskin ucuzlaşmasının qabağını almaq üçün uçot dərəcəsini müvəqqəti olaraq 15%-dən 20%-ə qaldırıb. Xatırladaq ki, ötən həftə qurum Amerika valyutası ilə idxala qadağa qoyduğunu açıqlayıb. Hzırda İranda dolların məzənnəsi 37 330 riala bərabərdir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər