17 C
Baku
Friday, April 19, 2024

Qadın iş yoldaşına nə hədiyyət etmək olar?

Biznesdə olan hər bir kişini narahat edən və seçimdə çətinlik çəkən məsələlərdən biridə qadın iş yoldaşına hədiyyə almaqdır. Bu məsələnin çətinliyi bir tərəfdən ifrat hədiyyə verməklə digər fikirlər yaratmamaq, ikinçi bir çətinlik isə həmin insanın maraq dairəsi haqqında kifayət qədər informasiyanın olmamasıdır.

Amma bəzi hədiyyələr vardırki, onlar bütün qadınların ürəyincə olardı. Bununla bağlı sizə on xeyirli məsləhət təqdim edirik ki, onlardan yararlanmaq ilə siz il boyu ürəklə hədiyyə verə bilərsiniz.

1. Gözəl görünüşlü biznes çantası. Bir dəfə mən bir stilistin bir qrup işgüzar xanıma  “imic hər şeydir” deməyini xatırlayıram. Mən deyə bilmərəm ki, o hər şeydir, ya yox, amma hər hansı bir görüşə və ya işgüzar tədbirə gedərkən füsunkar və professional görünmək çox vacibdir. Xüsusən də əgər siz ciddiyə alınmaq  və uğurlu biznes xanımı təsiri bağışlamaq istəyirsinizsə bunu həmişə nəzərə alın.

2. Yaxşı kitablar və jurnallar fərdi və professional inkişafı dəstəkləyir. Mən acgöz kitab oxucusuyam, ona görə də kitab almağı və jurnallara abunə olmağı çox xoşlayıram. Siz Forbes Magazine abunə olsanız və ya klassik Thiink and Grow Rich(düşün və zənginləş) klassik kitabını əldə etsəniz heç bir yanlışlığa yol verməzsiniz. Əgər siz hansı jurnalı və ya kitabı seçməli olduğunuzu bilmirsinizsə bildirək ki, Amazon, Barners və Noble kimi sevimli yerli kitab dükanlarında həmişə hədiyyə kartları da olur.

3. Yaxşı təşkilatlanmış biznes xanımı həmişə ən müasir kompüter proqramı təminatına ehtiyac duyur.  Yaxşı mühasibat proqramına və güclü antivirus təminatına malik olmaq, həmçinin kontaktların idarə olunması sistemindən istifadə etmək çox vacibdir.

4. E-reader (elektron oxuyucular) bugünkü açıq düşüncəli biznes xanımları üçün zəruri tələbata çevrilib. Kindle, Nook, iPad  və biznes çantasında daşımaq üçün kifayət qədər yüngül olan  digər E-Readers (elektron oxuyucular) həm də istənilən bir yerdə istifadə etməkdə çox rahatdır. E-Reader-ə sahib olmaq sizin əlinizdə daşıya biləcəyiniz fiziki kitabı əvəzləyə bilərmi? Ola bilsin ki yox, amma minlərlə rəqəmsal kitablara və elektron qəzetlərə sahib olmaq, onları daşımaq, həmçinin onları mütaliə etmək biznes xanımı üçün əvəz olunmaz bir obraz yaradır.

5. Hər bir biznes sahibkarının məlumatları saxlamaq üçün yaxşı xarici yaddaş qurğusuna ehtiyacı var. Bir biznes sahibkarı üçün öz sənədlərinin cəld və təhlükəsiz şəkildə sürətlərini çıxardaraq saxlamaq müstəsna əhəmiyyət daşıyır. Məsələn adi bir enerji kəsilməsi və ya kompüterinizin birdən-birə xarab olması zamanı çox dəyərli informasiya itirmisinizsə, əlavə yaddaş cihazında həmin informasiyanın sürətlərinin saxlanmasının sizin üçün nə qədər xeyirli olduğunu anlayırsınız. Siz USB flash cihazlarını və yaddaş qurğularını əksər kompüter avadanlıqları dükanlarında tapa bilərsiniz.

6. Hədiyyə səbətini vacib ofis avadanlıqları ilə doldurun. Düzünə qalsa, mən inanmıram ki, elə biznes adamı olsun ki, əsas ofis avadanlıqları paketini hədiyyə kimi almağa şad olmasın. Qələm, kağız, divar və ya stolüstü təqvim, fayl qovluğu, motivasiya edici maus xalçası, möhürlər və məktub zərfləri, bloknotlar, printer karteçləri və s.

7. Yaxşı kağız parçalayan maşınka da zərurətdir. Ola bilsin ki, bu elə də böyük texnologiya və ya gözqamaşdırıcı avadanlıq deyil, amma “şəxsiyyət oğurluğuna” (şəxsiyyəti təsdiq edən sənədlərdəki məlumatın oğurlanması, fırıldaqçılıq etmək naminə, məsələn bankdan pul götürmək üçün, əsasən internet vasitəsi ilə həyata keçirilir) qarşı mübarizə aparmaq üçün çox vacibdir. “şəxsiyyət oğurluğu” ilə yanbayan gedən problemlərdən biri də, məxfi informasiyanı təhlükəsiz və gizli saxlamaqdır.

 8. Oda davamlı fayl kartotekası və ya seyf biznesmenə can rahatlığı gətirəcək, onun gecələr rahat yatmağına səbəb olacaq. Bunu daha bir təhlükəsizlik məntəqəsi adlandırmaq olar. Odadavamlı seyfin əsas məqsəd çox vacib sənədləri, kağızlar və digər dəyərli əşyaları yanğın və suyun zərərli təsirindən qorumaqdır. Bazarda xırda biznes sahibkarlarının köməyinə çatacaq kifayət qədər odadavamlı seyf və fayl kartotekası tapmaq mümkündür.

9. Gözəl etiketlər (yarlıq) menecmentdə vaxta qənaət etməyə imkan verir. Hər şeyi yaxşı təşkil etmək, bütün sənədləri, faylları, yaddaş qurğularını və digər avadanlıqların üzərinə etiket yapışdıraraq, nə isə axtararkən çox əziyyət çəkməmək və hər şeyi rahat tapmaqdan yaxşı nə ola bilər. Etiketlər müxtəlif ölçülərdə və qiymətlərdə ola bilər. Ən xırda, əl boyda olan və iri masa üzərində yerləşdirilən etiketlər də ola bilər.

10. Hədiyyə kartlarını və hədiyyə sertifikatlarını da unutmayın.
Biznesdə irəli getmək və uğur qazanmaq arzusunda olan xanımlara hədiyyə etmək istəyirsinizsə bu məsləhətləri yaddan çıxmayın. Bu hədiyyələr praktik olmaqla yanaşı, həm də onlar üçün həddindən çox yararlı olacaq.

Son xəbərlər
Digər xəbərlər