“Qafqaz Lizinq” nizamnamə kapitalını azaldır

“Qafqaz Lizinq” ASC nizamnamə kapitalının azaldığını elan edib.

Vergilər Nazirliyinə istinadən, kreditorlar tələblərini şirkətin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 168B, məhəllə 3066 ünvanında yerləşən ofisinə bildirə bilərlər.

Xatırladaq ki, “Qafqaz Lizinq” 2007-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 3,2 mln. manatdır. Onun səhmlərinin 50%-i Türkiyənin “NAB Holding. A.S.” şirkətinə, 50%-i isə Böyük Britaniyanın “Metin Limited” şirkətinə məxsusdur.