15 C
Baku
Friday, March 29, 2024

“Qala Sığorta”nın rəhbərliyi dəyişib

“Qala Sığorta” ASC-nin İdarə Heyətinin sədri Viladi Maniyev işdən çıxıb. Bu barədə “Report”a şirkətdən bildirilib.

Məlumata görə, hazırda sədr vəzifəsini “Qala Sığorta”nın sədr müavini olan Fuad Allahverdiyev icra edir.

Xatırladaq ki, “Qala Sığorta” 1999-cu ildən fəaliyyət göstərən “Çartis Azərbaycan” şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 8,05 mln. manatdır. Şirkətin səhmləri 100% “AzRe Təkrarsığorta” ASC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər