23 C
Baku
Tuesday, April 23, 2024

“Qanuna dəyişiklik sui-istifadə hallarını artıra bilər”

Xatırladaq ki, Maliyyə Nazirliyi tərəfindən “ Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları”  hazırlanıb.  Belə ki,  avtomobil qəzaları zamanı avtomobil sahiblərinin sığorta ödənişi almaq üçün  Dövlət Yol Polisi İdarəsindən arayış almaq lazım olmayacaq. Sənəd də hadisənin baş verməsində təqsirli şəxsin müəyyən edilməsi ilə bağlı sığortaçı, sığortalı, üçüncü şəxs arasında mübahisə olmadıqda və hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə DİN-in səlahiyyətli orqanının arayışı tələb olunmayacağı vurğulanıb.

Qaydaların sadələşdirilməsi siğortalıya yoxsa siğortaçıya xeyir verə bilər? Məsələyə «Başak İnam» Sıgorta şirkətində Biznesin İnkişafı Departamentinin direktoru Hikmət Allahverdi  aydınlıq gətirib. “ Dəyişiklik ümumilikdə müştəri xidmətləri baxımından çox müsbətdir, sığorta ödənişlərinin verilməsi proseslərini tezləşdirməklə yanaşı, siğorta şirkətlərinin  operativ olmasına şərait yaradacaq”

O, eyni zamanda qeyd edir ki, “sürücülər arasında sui-istifadə , sövdələşmə halları arta bilər. Burada məsələ hansısa məbləğdə zərər halında ehtiyac olmayacaq kimi qoyulsa idi daha yaxşı olardı. Məsələn  icbari məsuliyyət sığortasında 1000 manatadək zərərlərin ödənilməsində belə bir arayışa ehtiyac yox idi”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər