16 C
Baku
Thursday, April 25, 2024

“Qazprom” Azərbaycana niyə qayıdır?

SOCAR-la Rusiya şirkəti arasında hansısa layihə üzərində danışıqlar gedir?

“Qazprom” şirkətinin Direktorlar Şurası oktyabrın 2-də qiyabi şəkildə Azərbaycanda nümayəndəliyin açılmasını razılaşdıracaq. “İnterfax” agentliyi bu barədə xəbər yayıb.  “Qazprom” 2004-cı ildən 2006-cı ilədək Azərbaycana qaz nəql edib. Lakin bundan sonra “Şahdəniz” yatağının işə düşməsi ilə əlaqədar nəql dayandırılıb.

2010-cu ildən etibarən Azərbaycan Rusiyaya qaz nəqlinə başlayıb. Nəql olunan qaz Dağıstanın “mavi yanacaq”la təchiz olunması üçün istifadə olunub. 2013-cü və 2014-cü illərdə təmir işləri ilə əlaqədar nəql bir neçə dəfə dayandırılıb. 2015-ci ildə isə nəql olmayıb. Həmin il “AzMeCo” şirkəti Rusiyadan qaz idxal etmək istəyib. Danışıqlar “Qazprom” və SOCAR arasında aparılıb.

Bəs görəsən, hazırkı məqamda “Qazprom”un Azərbaycanda nümayəndəlik açmaq istəməsinin səbəbi nədir? 

Milli Məclisin İqtisadi siyasət  sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov açıqlamasında bildirdi ki, “Qazprom”la Azərbaycanın  iqtisadi əlaqələri var: ““AzMeCo” şirkətini qazla təmin etmək üçün müəyyən ixrac əməliyyatları həyata keçirilir. Ancaq nümayəndəliyin açılması söhbəti yeni ortaya çıxıb. Hər bir iqtisadi qərarın arxasında siyasi məqamlar da dayanır. Bu şirkət hər zaman çalışır ki, Azərbaycan  qazını xaricə ixrac eləsin. Ona da nail ola bilmədilər. Biz Türkiyə vasitəsilə qazımızı xaricə ixrac elədik.  Ola bilər, metanol istehsalı ilə bağlı qaza ehtiyac var. Bu səbəbdən “Qazprom”la razılaşma və sair olub. Çox güman ki, əsas səbəblər yaxın vaxtlarda açıqlanacaq”.

 

Image result for İlham Şaban ə

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə açıqlamasında Azərbaycanın Rusiyadan qaz  idxal etməsinə hər hansı zərurətin olmadığını vurğuladı: “Bu o demək deyil ki, Azərbaycan Rusiyadan qaz alacaq. Mətbuatda bu haqda gedən məlumatlar əsassızdır. Azərbaycan ötən ilin oktyabr ayından özünün qaza olan tələbatını Rusiyanın digər neft qonşusunun hesabına ödəyir. Cari ildə də bu proses davam edir. Bu nümayəndəliyin hansı zərurətdən yaranması hələ ki qaranlıq məsələdir. Xəbərdə də detallara yer verilməyib. Azərbaycan KİV-ləri onu da səhv yazır ki, ”Qazprom” Azərbaycana 2000-2006-cü illərdə qaz nəql edib, bu səhv məlumatdır.  “Qazprom”  2004-2006-ci illərdə Azərbaycana qaz nəql edib.  2010-cu ilin oktyabrından 2014-cü ilədək Azərbaycan qazı Rusiyanın digər şirkəti “İtera” satırdı. Hazırda nümayəndəliyin açılması görünür iki şirkətin gələcəyə yönəlmiş planlarından doğur. Cari ildə ARDNŞ-lə “Qazprom” rəhbərliyi arasında 3 görüş olub, bunlardan ikisi yayda – iyun və avqust aylarında baş tutub. Bu da ondan xəbər verir ki, iki şirkət arasında hansısa bir layihə üzərində danışıqlar gedir, Rusiya tərəfindən belə siqnallar gəlir. Bu üçüncü ölkədə birgə işləmək planı da ola bilər. Azərbaycanda da hansısa qaz layihəsi ilə bağlı ola bilər, Hələ ki ictimaiyyətə əlavə məlumat verilməyib”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər