15 C
Baku
Friday, March 29, 2024

Qida məhsulları “bir pəncərə” prinsipi ilə qeydiyyata alınacaq

Bunu Qida Təhlükəsizliyi Agentliyini sədri Qoşqar Təhməzli bildirib.

Q.Təhməzlinin sözlərinə görə, qanuna əsasən ölkədə qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektləri sadəcə qida təhlükəsizliyi qeydiyyatından keçəcəklər və məhsullarını reyestrə salacaqlar.

“Qida təhlükəsizliyi qeydiyyatına düşən müəssisələr isə ixrac etdikləri məhsullara qida təhlükəsizliyi sertifikatı alacaqlar. Eyni zamanda, idxalçı dövlətin tələbinə uyğun olaraq əgər dövlət fitosanitar və baytarlıq nəzarətindən keçmək tələb olunarsa, agentlik bu sertifikatı verəcək. Qida Təhlükəsizliyi qeydiyyatı “Asan Xidmət”in “bir pəncərə” prinsipi ilə həyata keçirəcək. Qeydiyyat qida təhlükəsizliyi kartı ilə veriləcək. Sertifikat üçün tələb olunan rüsumlar artıq Tarif Şurasına təqdim olunub. Təsdiq olunandan sonra rüsumların ödənilməsi “ASAN xidmət”in müvafiq bölmələrində həyata keçiriləcək”,- deyə qurum sədri bildirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər