18 C
Baku
Thursday, April 25, 2024

Qırğızıstan dollarla olan kreditləri milli valyutaya çevirdi

İpoteka kreditləri dollardan soma 2016-cı ilin yanvar ayının 1-nə olan ortahesablı faizlə transformasiya ediləcək.

Oxu.Az “24.kg”a istinadən xəbər verir ki, bu barədə bu gün mətbuat konfransında Qırğızıstanın Milli Bankının rəsmi nümayəndəsi Rauşan Seytkasımova bildirib.

Onun sözlərinə görə, valyutanın konvertasiyası zamanı yeni ipoteka müqaviləsi tərtib ediləcək. Bununla yanaşı, yeni müqavilə zamanı əsas olaraq 19,76% səviyyəsində ipoteka faizi götürüləcək.

Bununla yanaşı bu gündən hər bir borclu 20 gün ərzində banka gəlib krediti taransformasiyası haqqında istəyini bildirməlidir. 20 gün sonra bank onun xahişini Milli Banka bildirəcək. Bir ay sonra bütün razılaşmalar imzalanacaq, transformasiya qüvvəyə minəcək.

“Kreditlərin konvertasiyası sayəsində insanlar valyuta riskindən uzaq olacaqlar. Onlar öz öhdəliklərini som ilə ödəyəcəklər və beləliklə də valyuta dəyişikliklərindən qorunmuş olacaqlar.

Dollar kreditlərini transformasiyası qərara alınıb, belə ki, məhz bu kateqoriya kreditorlar valyutanın məzənnəsinin uculzaşması ilə əlaqədar daha çox riskə məruz qalırlar”, – Qırğızıstan Respublikasının hökumət siyasətinin maliyyə və kredit siyasəti şöbəsinin rəhbəri Əziz Əliyev bildirib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər