14 C
Baku
Saturday, April 27, 2024

“Qiymət-keyfiyyət” effekti nədir?

Marketoloqlar həkimlərə, biznes-konsultantlara və hüquqşünaslara aşağı qiymət təyin etməməyi məsləhət görürlər. Belə ki, aşağı dərəcəli qiymət tələbatın azalmasına səbəb ola bilər.

Bunun səbəbi isə “qiymət-keyfiyyət” effektidir. Məhsul və yaxud xidmətin real keyfiyyəti haqqında heç bir məlumata sahib olmayan müştərilər onun keyfiyyətini qiymətinə uyğun olaraq dəyərləndirməyə çalışırlar. Yəni, onlar üçün qiymətin aşağı olması məhsulun keyfiyyətinin aşağı olmasından xəbər verir və əksinə.

Bu effektin işə yaraması və qiymət artırıldıqda alıcıların onlara tələbatının artması üçün məhsul və yaxud xidmət alıcı üçün kifayət qədər vacib xarakter daşımalıdır. Əgər söhbət sizin azadlığınızdan və yaxud həyatınızdan gedirsə həkim və hüquqşünasın xidmətinə görə qənaət etmək barədə düşünməyəcəksiniz. Kifayət qədər isti iqlimə sahib ölkədə 1 və 2 dollara satılan iki su görsəniz, böyük ehtimalla 2 dollara olan suyu alacaqsınız.

Aydın məsələdir ki, “qiymət-keyfiyyət” effektinin də öz sərhədləri var. Kifayət qədər yüksək qiymət sizi məhz həmin məhsulu almağa vadar etməyəcək.

Sözügedən bu effekti məlumat assimetriyası zamanı yaranan sərfəli olmayan seçim effektindən ayırd etmək lazımdır. “Qiymət-keyfiyyət” effekti zamanı təklif edilən məhsulun real keyfiyyəti haqqında məlumata sahib deyil, lakin bilir ki, buradakı məhsulların keyfiyyətləri müxtəlifdir və ona görə də baha olanı seçir. Sərfəli olmayan seçim effekti zamanı da alıcı məhsulun keyfiyyəti haqqında məlumata sahib deyil, lakin düşünür ki, bütün məhsullar eynidir və ucuz olanını seçir.

Tez-tez iqtisadiyyat üzrə dərsliklərdə “qiymət-keyfiyyət” effekti tələbat qanununa istisna olaraq təqdim edilir. Əslində isə bu belə deyil. Alıcı yüksək qiyməti yüksək keyfiyyət olaraq qəbul etsikdə, tələb əyrisi sağa doğru hərəkət edir. Axı müştərinin məhsul haqqında fikri dəyişib (bu isə qeyri-qiymət amilidir). Bununla yanaşı tələb əyrisi öz formasını dəyişmir. O əvvəlki kimi kəsişmir. Buna görə də, bu effekti “xəyali” istisna hesab edilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər