17 C
Baku
Friday, April 19, 2024

Qızıl investisiyası artıq öz aktuallığın itirir

Qızılın qiyməti axır zamanlar bir unsiyaya görə 1000$ keçmişdir. Buna baxmayaraq ekspertlər bu qiymətli metalda müqavilələri almağı investorlara məsləhət bilmirlər.

Dünyanın qabaqcıl qızıl instehsalçısının fikrincə 1000$ adlayan qiymətin bu temlədə artmı ehtimalı çox aşağıdır. Bank UBS həmçinin bu qiymətə qiymətli metalı almağı tövsiyyə etmir.

Londonda electron auksionlarda qızılın spot qiyməti 1000.05$ , Nyu Yorkda isə 1002,73$ olmuşdur. Sarı metalın qiymətinin qalxmasının əsas səbəbi kimi böhranın nəticəsi olaraq inflasiyanın qalxması qorxusudur. Qeyri sabit iqtisadi durumda investorlar “ən etibarlı valyutanı” almağı daha üstün tutlar.

Yuxarıdakı fikirləri dəstəkləyənlərdən biridə dünyanın 3-cü ən böyük qızıl istehsalçısı olan Ashanti Ltd. Nin rəhbəri Mark Kutifanidir.”Mart ayında qızılın qiyməti 1000$ keçdikdən sonra, çətinki onun qiyməti bundan sonrada belə sıçrayışla artsın” Kutifani Bloomberg agentliyinə belə deyib. Lakin “bazardakı hazırki qeyri sabitlik “nəzərə alınsa onda qızılın qiymətinin birdən qalxmasını istisna etmek olmaz ,azda olsa bu tip ssenaridə mümkündür – Kutifani belə fikirləşir.

Onun fikrincə , əgər qiymətli metalın qiyməti bir unsiyaya görə 1020$-dan 1050$ qalxsa , bunu uzun müddətli artımdan xəbər verən siqnal kimi qəbul etmək olar.

Bununla belə USB-nin ekspertləri bir ay üçün qızılın qiymətinin bir unsiya üçün 950$ , üç ay üçün isə 1000$ səviyyəsində proqnozlaşdırırlar. AngloGold –da həmən proqnozu təstiqləyib. Xatıqladaq ki, hazırki qiymət üzrə “ralli” 60 il ərzində ən uzunudur (redaktor: müddət baxımından) və trenddə hazırda baş verən dəyişikliklər makroiqtisadi dəyişikliklər fonunda diapazonuna görədə ən genişidir. Qeyd edək ki , qızılın qiyməti 20 Fevral 2009 ildə 1000$ qalxmışdır,sonradan aprel ayında bu qiymət 865$ düşmüşdür. Statistik məlumatlara əsasən qızılın bir unsiyasına görə rekord qiymət 2008 ilin Mart ayında 1033$ olub.

Müəllif: Məstəliyev Samir

Son xəbərlər
Digər xəbərlər