8 C
Baku
Tuesday, March 19, 2024

“Qızıl standartı” nəyə görə tətbiq edilmişdi və ona geri dönməyə dəyərmi?

15 avqust 1971-ci ildə ABŞ prezidenti Riçard Nikson ABŞ dollarının qızıl ilə təmin edilməsinin dayandırılmasını elan etmişdi.

Banker.az standartdan imtinanın nəyə gətirib çıxardığını, bu standarta geri dönməyə ehtiyacın olub-olmadığını və milli valyutaların stabilliyini dəstəkləmək üçün hansı alternativlərin olduğunu araşdırıb:

“Qızıl standartı” nəyə görə tətbiq edildi və nəyə görə ondan imtina etdilər?

Qızıl uzun müddət müstəqil pul vahidi idi. O yüksək qiymətləndirilirdi və dövriyyədə iştirakı rahat idi. Lakin zamanla onun əvəzedicisi – kağız pullar tapıldı ki, onlar da mahiyyət etibarilə pulların qızılla təmin edilməsini təsdiq edən sertifikat idi. Belə sertifikatları istənilən vaxt qızıl ilə mübadilə etmək mümkün idi.

Beynəlxalq ticarətin inkişafı ilə müxtəlif valyutaların məzənnələrini izləmək mütləqliyi yarandı. Belə olduqda, 1867-ci ildə Paris valyuta sistemi dünya valyutalarının məzənnəsinin qızılla əlaqələndirilməsini müəyyən etdi.

Lakin I dünya müharibəsi və Böyük tənəzzül fonunda baş vermiş itkilər ölkə rəhbərlərini qızıl ilə təmin olunmayan pullar çap etməyə məcbur etdi. Və standartdan imtina edildi.

Amerikan valyutasını 1934-cü ildə yenidən 35 dollar məzənnəsi ilə qızılla əlaqələndirdilər. Daha 44 ölkənin valyutası dollar ilə əlaqələndirildi. Lakin yeni “qızıl standartı” da uzun müddət yaşamadı. Amerika daim qızıl ilə təmin edilməyən pullar çapında şübhəli bilinirdi. Dollar isə öz növbəsində beynəlxalq valyutası qismində öz yerini möhkəmlədirdi. Və 1971-ci ildə Amerika prezidenti Riçard Nikson “qızıl standartı”-nı ləğv etdi və bununla dolların qiymətli metal ilə təmin edilməsinə son qoyuldu.

ABŞ-da qızıl standartının ləğv edilməsindən sonra ilk 6 il ərzində ÜDM-un 23%-i həcmində pul çap olunmuşdu. 43 il ərzində isə dollar qızıl ilə münasibətdə 20 dəfə dəyərdən düşüb.

“Qızıl standartı”-na geri dönməyə dəyərmi?

Standartın ləğv edilməsi inflyasiya mexanizmini işə saldı ki, bu da hökumətə banknot çap etmək hüququ verdi. Lakin belə bir fikir var ki, bu standarta geri dönmək mütləqliyi yoxdur.

İqtisadi nöqteyi-nəzərdən dolları yenidən qızılla bağlamaq mənasızdır. Qızıl təsərrüfat həyatında və sahibkarlıq fəaliyyətində böyük rol oynamır. Zərgərlik sahəsində qızıldan istifadə ildə 80 milyard dollar həddində məhdudlaşır. Bu qiymətli metal digər sahələrdə daha nadir hallarda istifadə olunur – ildə 15-20 milyard dollar həcmində.

Neft hasilatı həcmləri ilə (ildə 3 trilyon dollar) müqayisə etsək, bu dünya ÜDM-da əhəmiyyətsiz paydır. Lakin neft də həmçinin istehlak olunan məhsul və xidmət zənbilinin yalnız bir hissəsidir.

Qızıla alternativlər

Dünya gəlirliyini proqnozlaşdırmaq mümkün olan etibarlı aktivlərə ehtiyac duyur. Qızıla alternativ olaraq isə aşağıdakı aktivlər təklif edilir:

  • Biometallik sistem

Qızıl standartını da təminatsız adlandırmaq olar. Dolların qiyməti qızıl ilə əlaqələndirildikdə qiymətli metalın özünün dəyərini korrektə etmək mümkün olmurdu. Bu problemi dəstə daha bir qiymətli metal əlavə etməklə həll etmək mümkündür. Məsələn, qızılın gümüş ilə və əksinə münasibətdə qiymətini təyin etməklə. Belə bir “müstəqil” qiymətləndirmə valyutaların ədalətli dəyərini dəstəkləməyə imkan verəcək.

  • Rəqəmsal qızıl

Kanada bankı tərəfindən həyata keçirilmiş araşdırmalara əsasən, Bitcoin qızıl standartı əsasında əsası qoyulmuş iqtisadiyyat ilə ümumi ortaq cəhətlərə sahibdir. Hətta kriptovalyuta yüksək dəyəri və məhdud emissiya imkanlarına görə rəqəmsal qızıl adlandırılır.

Bundan əlavə, onu heç bir Mərkəzi bank və yaxud digər hər hansı dövlət orqanı idarə etmir. Sürətli və aşağı dəyərli tranzaksiyalar Bitcoin valyutasını beynəlxalq hesablaşmalar üçün demək olar ki, ən ideal vəsait edir. Kriptovalyutanın qiyməti artıq qızılın dəyərini üstələyib.

  • Dollar və yaxud kifayət qədər etibarlı digər valyuta

Son illər dolların alıcılıq qabiliyyəti demək olar ki, dəyişməyib. Amerikan dollarının dayanıqlığı ABŞ Federal Ehtiyat Sisteminin pul siyasəti tərəfindən təmin edilir. ABŞ Mərkəzi bankı nə qədər ki, bazarı dolların təhlükəsiz aktiv olduğuna inandıracaq, digər ölkələr ona “qızıl standartı” münasibəti bəsləyəcək. Dolların əvəzində kifayət qədər etibar toplamış digər valyuta da ola bilər, məsələn, avro.

Valyutanın dəyərini digər aktivlərlə bağlayaraq qızıl standartını təkmilləşdirmək üçün çox sayda variantlar mövcuddur. Lakin əgər valyutanın dəyərliliyi yalnızca ona tələbat və onunla əldə etmək mümkün olan məhsullar ilə təyin edilirsə, stabillik pulu buraxan ölkənin iqtisadiyyatının vəziyyətindən asılı olacaq.

Son xəbərlər
Digər xəbərlər