15 C
Baku
Friday, April 26, 2024

Qızılı lombarda necə qoymaq məsləhətdir?

Lombard qısa müddətdə nağd vəsait əldə etməyin ən sürətli və rahat üsuludur. Zamin axtarmağa ehtiyac yoxdur, sizə heç iş yerindən arayış və digər sənədlər də lazım deyil. Şəxsiyyət vəsiqəsini və girov qoyacağınız predmeti özünüzləgötürmək kifayətdir.

Qeyd edək ki, girov qoyulan əşyanın qiyməti həmişə onu alarkən ödədiyiniz məbləğdən aşağı olacaq. Ən sürətlə ucuzlaşan əşyalar ev və rəqəmsal texnikalardır.

Ən uğurlu variant qiymətli metallardan hazırlanmış məmulatlardır. Bütün zamanlarda qızıl yüksək qymətləndirilirdi, müasir dövr də istisna deyil. Ona görə də pula çox ehtiyacının varsa və əlinizdə isə qızıl zinət əşyası varsa, onda siz onu lombarda qoya bilərsiniz, belə ki qızıl girov predmeti kimi həmişə qəbul olunur. Bununla da siz böyük məbləğdə vəsait əldə edəcəksəniz, bu da həmin dövr üçün sizin maliyyə vəziyyətinizi stabilləşdirməyə kifayət edəcək.

Müasir lombardlar vicdanla işləyir, ona görə də müqaviləyə şübhə ilə yanaşmağa dəyməz. Girov qoyulmuş zinət əşyası tam və yaxşı halda sizə geri qaytarılacaq. Lakin lombard qarşısında olan öhdəliklərinizi də nəzərə almalısız. Müqavilənin şərtləri ilə diqqətlə tanış olun, ödəməli olduğunuz faizləri nəzərdən keçirin.

Lombardda faiz dərəcəsi kifayət qədər yüksəkdir, belə ki kredit qısa müddətə verilir. Söhbət bir neçə gündən gedirsə, məbləğ cüzi olur. Əgər girovu bir neçə aydan sonra geri qaytarmaq istəyirsinizsə, onda kredit üçün banka müraciət etsəniz yaxşı olar.

Vacib elementlərdən biri zinət əşyasının dəyərinin müəyyənləşdirilməsidir, belə ki əksər lombardlar qızılı “lom” qiyməti ilə qəbul edir. Ona görə də zinət əşyasını geri qaytarmaq fikrində deyilsinizsə, onu lom qiymətinə lombarda verməkdənsə, hazır məhsul kimi satmaq daha məqsədəuyğun olar.

Əgər girov predmetini tezliklə qaytaracağınıza əminsinizsə, onda lombardla əməkdaşlıq qısamüddətli maliyyə çətinliyini aradan qaldırmağa kömək edəcək. Qızıl zinət əşyasının girov qismində qoyulması lazım olan məbləği əldə etməyin ən düzgün yoludur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər