Qızılın qiyməti enməkdə davam edir

Neçə gündür ki qızılın qiyməti enişə doğru gedir. Əhalimizin mentalitetini və qızıla olan marağı nəzərə alsaq, mövzuya laqeyd qalmaq mümkün deyil. Bizim insanlar pulu qızıla yatırmağa üstünlük verir. Halbuki, investorlar qətiyyən bunu tövsiyə etmir.

Hal-hazırda metalın qiyməti bir unsiyaya görə 1,200 dollar təşkil edir. Amma bu gün qiymət 1.196-ya qədər enişdi

Qızılın bir ay ərzində qiymət qrafiki

1 ay

Yola saldığımız il qızılın tarixində son 13 il ərzində ən bərbad il olacaq. Ötən həftə ABŞ-da FES iclasından sonra dəyərli metal yarım illik qiymət minimumunu yenilədi. Hətta qızıl bazarının başlıca alleqotoru Con Polson hələ ki pulları metala yatırmamaq qərarını verib, belə ki ekspertlərin proqnozlarına əsasən 2014-cü ildə də metalın qiyməti düşməyə doğru davam edəcək.

«İndi mən heç bir halda qızıl almazdım” – The Wall Street Journal-a müsahibəsi zamanı məşhur investor Cim Rodcers bildirmişdir. Amma sahib olduğu metal ehtiyatları investor hələ ki satmağı düşünmür, belə ki, o törəmə maliyyə alətləri vasitəsi ilə özünün mümkün itkilərdən sığortalayıb. Rodcersin qiymətli metala ehtiyatla yanaşması başa düşüləndir – ilin yekunlarına doğru qızılın qiyməti son 32 ildə ən maksimum həddə enə bilər.

Qızılın bir il ərzində qiymət qrafiki

1 il

📝 RƏY BİLDİR