12 C
Baku
Wednesday, April 24, 2024

“Qlobal iqtisadiyyat getdikcə zəifləyir”-BVF

Beynəlxalq Valyuta Fondu (BVF) fevralın 26-27-də Şanxayda keçirilən G-20 ölkələri maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin sammitindən öncə “Qlobal gözləntilər və siyasətlərin yaratdığı çətinliklər” adlı hesabatını dərc edib. Qlobal iqtisadiyyat çox zəifləyib və gözlənilmədən baş verən hər hansı bir şoka qarşı çox həssaslaşıb.

İqtisadiyyatın hərəkətsiz qalması və qlobal iqtisadi artımın yavaşlaması amillərinə diqqət çəkən BVF bu situasiyadan çıxış yolunu G-20 ölkələri başda olmaqla çoxtərəfli yeni siyasətin tətbiqində görür.

BVF rəhbəri Kristina Laqard bu gün Şanxayda çıxış edərkən bildirib ki, qlobal iqtisadi yavaşlamanı bir neçə amillə bağlayıb. Onun fikrincə, bu, Çin iqtisadiyyatındakı artımın yavaşlamasının inkişafda olan ölkələrə təsiri, azalan xammal qiymətləri və fond birjalarındakı zəifləmə ilə bağlıdır. K.Laqard bütün çətinliklərə baxmayaraq, qlobal iqtisadiyyatın 2016-cı ildə artım göstərəcəyinə inanır.

Fond rəhbəri maliyyə nazirləri və baş bankirlərin bugünkü iclasındakı çıxışında mərkəzi bankların monetar siyasətin, yeni tətbiq olunan mənfi uçot dərəcələri siyasəti də daxil olmaqla iqtisadi canlanmaya təsirinin çox zəif olduğunu qeyd edib. O, Çin iqtisadiyyatının 6-6,5% artım hədəfləməsini tövsiyyə edib. Çin isə 2016-cı ildə ÜDM-in 6,5-7% artacağını proqnozlaşdırır.

K.Laqard daha sonra inkişaf etməkdə olan ölkələr barədə bildirib ki, xammal hasil edən ölkələrin bir çoxu hazırda BVF-dən kömək istəyir. Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın da BVF-dən 3 mlrd. dollar yardım alacağı xəbərləri yayılsa da, rəsmi Bakı hazırda heç bir yardıma ehtiyacının olmadığını bildirib.

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər