8 C
Baku
Thursday, March 28, 2024

Qlobal maliyyə bazarında 6,2 trln. dollarlıq izafi aktiv var

Qlobal maliyyə bazarında 6,2 trln. dollar həcmində izafi maliyyə aktivi dövr edir. “Vestifinance.ru” saytına istinadən, belə bir hesablama ABŞ-ın Yele Universitetinin baş elmi işçisi, uzun müddət “Morgan Stanley” bankının Asiya regionu üzrə müdiri olan Stefen Roç (Stephen Rach) tərəfindən aparılıb.

Roç “Project Syndicate” adlı məqaləsində Beynəlxalq Hesablaşmalar Bankına (BIS) istinadən qeyd edib ki, ABŞ, avrozona və Yaponiya mərkəzi banklarının 2008-ci il maliyyə böhranından sonra məcmu aktivləri monetar ekspansiyalar nəticəsində 4,6 trln. dollardan 12,9 trln. dollara, yəni 8,3 trln. dollar artıb. Buna baxmayaraq, bu müddət ərzində adıçəkilən bölgələrdə nominal ÜDM isə orta hesabla 2,1 trln. dollar artım göstərib. Nəticədə 6,2 trln. dollar həcmində izafi likvidlik maliyyə bazarlarına daxil olub. Bu izafi likvidlik real istisadiyyatlar tərəfindən absorbasiya olunmayıb. Əvəzində bu vəsaitlər maliyyə bazarlarında dövr edib. Məhz bu səbəbdən mərkəzi banklar tərəfindən həyata keçirilən monetar ekspansiya 2010-2017-ci illər arasında “G7” ölkələrinin iqtisadiyyatlarının sadəcə 1,8% artmasına səbəb olub. Monetar ekspansiya qərarları maliyyə bazarlarında böhranı aradan qaldırmağa müvəffəq olsa da, 1980-ci və 1990-cı illərdə olan iqtisadi inkişaf dövründə müşahidə olunan 3,2% orta iqtisadi artımdan geri qalıb.

S.Roç məqaləsində bildirib ki, mərkəzi banklar inflyasiya hədəfinə çatmasalar da, “normallaşdırma prosesi”nə başlayacaq, yəni öz balanslarını sürətlə azaldacaq. Qeyd edək ki, təkcə FED-in balansında 4,5 trln. dollarlıq maliyyə aktivi var. ECB-də bu göstərici 4,23 trln. avro və ya 5 trln. dollar, Yaponiya Mərkəzi Bankında isə 5,07 trln. dollar təşkil edir.

“Report” xəbər verir ki, dünyada tədavüldə olan 54 trln. dollarlıq iqtiqrazların 30%-dən çox hissəsi və ya 18 trln. dollarlıq hissəsi mərkəzi bankların balansındadır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər