23 C
Baku
Thursday, April 25, 2024

Qoca qadından milyon avroluq qızıl oğurladılar

Banker.az xəbər verir ki, Parisdə iki fırıldaqçı 97 yaşlı qoca qadından 800 min avro dəyərində qızıl külçələr oğurlayıb.

Polis paltarı geymiş qarətçilər qoca qadının yaşadığı mənzilə gəlirlər. Onlar yaşlı qadına qızıl külçələrlə fırıldaqçılıq hallarını araşdırdıqlarını deyir və onun öz dəyərli əşyalarını harada saxladığı ilə maraqlanırlar.

Yaşlı qadın öz sərvətini bank hücrəsində saxladığını bildirdikdə fırıldaqçılar məhz həmin o bankın filialının rəhbərinin müştərilərin qızılları ilə manipulyasiyada şübhəli bilindiyini qeyd edirlər. Guya o əsl külçələri saxtaları ilə əvəz edirmiş.

Bununla əlaqədar olaraq polis geyimində olan fırıldaqçılar yaşlı xanımdan onlarla bank ofisinə qədər getməyi və “nə qədər ki, gec deyil” qızılları oradan götürməyi təklif edirlər. Bunun ardınca, qadın bank hücrəsindən qızılları götürdükdə cinayətkarlar ağır yükü çıxışa qədər aparmaqda ona kömək edir. Bankı tərk edən kimi isə qızılları götürərək qaçırlar.

Hazırda polis cinayətkarların axtarışını davam etdirir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər