8 C
Baku
Friday, March 29, 2024

Qocalıq ölüm səbəbi deyil

Yaşlı insanlar rəhmətə getdikdə çox vaxt onlar haqqında “qocalıqdan öldü” ifadəsi işlədilir və biz hamımız bu ehtimalla razılaşırıq. Bəs sadəcə qocalıb ölmək mümkündürmü?

Belə məlum oldu ki, məhz yalnızca qocalıqdan ölmək deyə bir şey yoxdur. İnsanlar xəstəliklər, bədbəxt hadisələr, travmalar, təbii fəlakətlər səbəbindən dünyadan köçürlər və insanlar yalnız yaşlı olduğu səbəbindən ölə bilməz.

Məsələ ondadır ki, insanın yaşı artdıqca insan orqanizmi regenerasiya yəni – bu və ya digər səbəbdən məhv olmuş hüceyrələrin bərpası qabiliyyətini itirir. Gənc orqanizm isə bir çox hüceyrələrin məhvinə tab gətirə bilir və onlar yeniləri ilə əvəzlənir. Bu qabiliyyəti itirərək orqanizm qocalmağa başlayır və çox saylı xəstəliklərlə mübarizə apara bilmir. Adətən yaşlı insanlar daha çox ürək və qan-damar xəstəliklərinə məruz qalırlar və sonuncu səbəbdən ölüm halları daha yüksəkdir.

Bu prosesi dayandırmaq qeyri-mümkündür. Çünki bütün müalicənin mahiyyəti orqanizmi əhatə edən xəstəliklərdən dəf edilməsidir. Lakin yaşlı insanların orqanizmləri tibbi yardımın köməkliyi ilə belə çox nadir hallarda xəstəliklərin öhdəsindən gəlirlər. Nəticədə də xəstəliklərdən biri yaşlı insan üzərində üstün olur və onun ölümünə səbəb olur. Qoca insanın ölümünə də səbəb olan belə bir xəstəlik olur, məhz öz-özlüyündə qocalıq deyil.

Son xəbərlər
Digər xəbərlər