15 C
Baku
Friday, March 29, 2024

Qonşu ölkələrin valyutaları qarşısında dollar yenidən zəifləyir

Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiya, Gürcüstan və Türkiyədə dolların rəsmi məzənnəsi yenidən ucuzlaşıb.

Banker.az Gazet.ru saytına istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankının 23 fevrala açıqladığı rəsmi məzənnəyə əsasən USD/RUR məzənnəsi 38,28 qəp. enərək 57,47-da qərarlaıb. Avro da rubl qarşısında 75,55 qəp enərək 60,45 rubl olub. Rublun bahalaşmasına səbəb əsasən neftin qiymətindəki sabitliyi göstərmək olar.

Türkiyədə dollar ötən gündə olduğu kimi yenidən ucuzlaşıb. Bigparabın son göstəricilərinə əsasən, səhər saatlarında 1,62 lirə ilə başlayan dollar, günorta saatlarına kimi 1,6081 səviyyəsinə kimi enib. EUR/TRY məzənnəsi 3,8038 səviyyəsində formalaşıb.

Gürcüstanda ötən iş günü ilə nisbətdə dollar lari qarşısında zəifləyib. Milli Bankın açıqlamalarına əsasən, ötən gün 1,4771lari olan dollar bu gün enərək 1,4625 laridə qərarlaşıb. Ölkənin 3-cü əsas ticarət tərafdaşına çevrilən avro ötən günlə nisbətdə, yəni, 2,8017 laridən  2,7739 lariyə kimi ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər