16 C
Baku
Thursday, March 28, 2024

Qonşularımızın banklarında mövcud olub Banklarımızda olmayanlar

Bank sektorunda da digər sahələrdə olduğu kimi keyfiyyət və kəmiyyət anlayışları əksər zamanlarda toqquşur. Bəzi banklar xidmət şəbəkəsini, nümayəndəlik, filial, şöbə, xidmət bölmələrinə, bankomat, cash-in bankomatları, məlumat köşkləri və s. genişləndirməyə çalışırlar. Bununla yanaşı bəzi banklar isə distansion, məsafədən, online kredit verilişi, əmanətlərin qoyuluşu, sms kredit və s.kimi müasir üsullardan istifadə edərək məsələyə həll yolu tapmağa çalışırlar. Təbii hər iki halda bank müştərilərə daha yaxşı və sərfəli xidmət təklif etməyə, nəticədə müştərilərinin sayını artırmağa səy göstərir.

Təbii ki, burda bir neçə faktor özünü biruzə verir ki, ərazi, əhalinin sıxlığı, əhalinin kredit anlayışı və s.Elə ölkələr var ki, ərazi baxımından kiçik ölkə sayılsalar da bankın xidmət şəbəkəsinin genişliyi əhalinin banka çıxışını rahatlaşdırır. Məsələn, Belarusiya və Azərbaycan kimi ərazi baxımında daha kiçik ölkələrdə geniş xidmət şəbəkəsinə malik banklar müştərilər üçün kifayət qədər səmərəlidir. Halbuki geniş xidmət şəbəkəsi ilə yanaşı kifayət qədər banklarda məsafədən bank anlayışları, yəni internet banking kimi müxtəlif online xidmətlər də mövcuddur. Ancaq elə ölkələr də var ki, Rusiya, Türkiyə kimi daha geniş əraziyə malik ölkələrdə geniş xidmət şəbəkəsi ilə yanaşı online bank anlayışlarının inkişafı mütləqdir.

Müqayisə edək, Azərbaycanın ən geniş Kapital Bankdır və ümumi nümayəndəlik sayı (regionlarda filial və şöbələr) 100-dür. Ancaq Bank of Baku kreditin alternativ məblərədən ödəniş yolları və kredit alışında birinci yeri tutur. Baxmayaraq ki, nümayəndəlik sayına görə Kapital Bank of Baku ilə müqayisə də təqribən 5 dəfə artıq nümayəndəliyə malikdir. Rusiya və Türkiyə kimi ölkələrdə is bu səbəblərdəə bankların nə dərəcədə online bank sisteminə ehtiyac olduğu aydın şəkildə görünür. Ancaq bu o demək deyil ki, bank şəbəkəsi geniş olmayan ancaq online bank sisteminə malik olan bankın müştərilərinin sayı daha çoxdur və ya əksi vəziyyətdə. Bank həm xidmət şəbəkəsi, həm də online bank anlayışını paralel olaraq inkişaf etdirməlidir.

Bank of Baku filial 180213

İndi isə gəlin qonşu ölkələrin bu sahədəki təcrübələrini araşdıraq. İnternet banking xidmətində kart hesabının balansının yoxlanılması, karthesabı üzrə aylıq çıxarışların əldə edilməsi və s.-in müştəriyə təklifi ilə bank müştərisiniheyrətləndirə bilməz. Ancaq siz bu xidmət üzərindən qiymətli metallarla bağlı hər hansı bir xidmət təklif etsəniz bu artıq müştəri üçün supriz sayıla bilər. Əksər ölkələrdə analoqu olmayan bu istiqamətli xidmətləri Rusiyanın Nomos

Bankı öz müştərilərinə təqdim edir. Əməliyyatlar bütün ənənəvi qiymətli metallar – qızıl, gümüş, platin və s. üzrə həyata keçirilə bilər. Bu xidmət üçün ilk növbədə hər bir qiymətli metal üzrə xüsusi, anonim hesabın və ayrıca adi hesabın açılması mütləqdir. Bankın əksər əməliyyatlarda olduğu kimi qiymətli metallar üçün hesab açılışında da xüsusi limitləri movcuddur, platin və qızıl üzrə müəyyən olunmuş minimum 1 qram, gümüş üzrə 300 qram.

BigPad 300

Növbəti müştəri üçün əsas və ehtiyac duyulan xidmətlərdən biri də 7 gün 24 saat ərzində xidmətdir. Təbii ki, bu istiqamətdə banklarımız xeyri irəliləyiş əldə etmişdir. Beləki, banklarımızın elə filialları vardır ki, onlar 24 saat ərzində müştərilərə xidmət göstərir (BankRespublika, Unibank və s.), bəzi bankların filialları isə 20-22 saat fəaliyyət göstərir. Filialların bir qismi isə bayram günlər də belə müştərilərə xidmət göstərir (ASB, Unibank, Bank of Baku, AccessBank və s.). Baxmayaraq ki, hələdə ancaq səhər 9, axşam 6 iş rejiminə sahib, bayram günlərdə çox az müddət fəaliyyət göstərən banklarımız da kifayət qədərdir. Təkcə filialın müştəriyə xidməti yetərli deyil, digər tərəfdən 7 gün 24 saat xidmət göstərən bankomatlar, cash-in, online xidmətlərin olmasıda çox vacibdir. Banklarımızın əksər hissəsini kifayət qədər geniş bankomat şəbəkəsinə malik olsalarda, online bank və bu kimi lazımlı xidmətlərin müştəriyə təklifi cəhətdən hələ də çox az irəliləyişə malikdirlər. Bununla yanaşı MilliÖn, sms banking, internet banking, telefon banking xidməti ilə müştəriyə gün ərzində müxtəlif xidmətlər göstərilir. Bu sıradan ola xidmətlərin bank tərəfindən təklifi çox əhəmiyyətlidir. Rusiya təcrübəsinə nəzər saldıqda, Sberbankın müştəriləri üçün təklif etdiyi BigPad həm ödəniş terminalı, həm də müxtəlif xidmətlər üçün müəyyən edilmiş “Ofis” rolunu oynayır.

Hələ 2012-ci ildə BigPad-in tətbiqi barədə şaiyələr gəzirdi, ancaq əgər lahiyə uğur qazansa Rusiyanın ərazisində BigPan-in geniş şəbəkəsi yaradılacaq. BigPan sistemi OS Windows и MacOSolmaqla hər iki baza üzrəindən işləyə bilir. BigPan ilə bağlı əsas fərqli məqam isə məhz şəxsiyyətin tanınmasını barmaq izindən müəyyənləşdirə bilməsidir. Azərbaycanda isə bu növ texnologiyalar hələlik bank sektorunda müştərilər üçün tətbiq olunmur.

Bank sektorunda digər toxunula biləcək maraqlı nüans kartsız bankomatdan pul çıxarılışıdır ki, Azərbaycanda bu çıxarılışı etmək realdır. Ancaq bu sistem bir tərəfli işləyir. Yəni sizin bankomatdan pulu çıxartmanız üçün ilk öncə pulu sizə göndərməlidirlər. Türkiyə banklarında isə bu sistem həm telefon nömrəniz, həm də internet üzərindən, kredit kartı nömrəniz üzərindən işləyir.

Azərbaycanın əksər bankları üzrə son illərdəki inkişaf göz önündədir. Ancaq bu inkişafı hiper sürətli inkişaf adlandırmaq düzgün olmazdı. Bəs filial sayını yox intellektual vasitələr, online və s. istiqamətli artım banka nə qazandır sualına cavab vermək üçün aşağıdakılara nəzər yetirək:

  • Texnoloji vasitələrdən (ödəmə terminalları və s.) istifadə etməklə bank işçilərin sayı, maaş, ofis və s. cəhətdən qənaət edir;
  • Eyni zamanda işçi hazırlığına, təcrübə, təlimlərə pul xərcləməkdən azad olur;
  • İş vaxtı hamının banka gələrək xidmətdən istifadə etmək imkanı olmur, texnoloji vasitələrdən işdən sonra istifadə isə realdır;
  • Vaxta qanaət üçün avtomatlaşdırma səbəbi ilə daha optimaldırlar, eyni proseslər banklarda daha uzun müddət çəkir;
  • Sıra gözləmək kimi problemlər əksərən baş vermir, halbuki banklarda sıra olması daha realdır;
  • İnsanlarsız proses olduğu üçün, nə insanlarla təmasda olursan, nə də ki problemlərlə üzləşirsən və s.
Son xəbərlər
Digər xəbərlər