23 C
Baku
Friday, April 19, 2024

QR kodlu döymə: Las-Veqas striptizçiləri bitcoin qəbul edir

Gecə klubunda pul kisəsinin balansını artırmaq üçün hətta bitcoin-ATM də var

Las-Veqasda “Legends Room” adlı bir gecə klubu rəqqasələrinə müştərilərdən ödənişi bitcoin-lə qəbul etməyə icazə verir. İlk növbədə, bu yenilik bu cür ödənişlərin məxfiliyi (kartlarla ödəniş zamanı müştərilərin həyat yoldaşları ödəmə tarixində gecə klubunda edilmiş əməliyyatı görə bilərlər), digər tərəfdən isə kriptovalyutaya malik müştərilərin marağı nəticəsində tətbiq olunmuşdur.

Yerli jurnalistlər gecə klubunun sahibi Nick Blomgren və bir neçə rəqqasə ilə söhbət ediblər. Onların sözlərinə görə, kluba gələnlər kriptovalyutanı elə oradan ala bilərlər, bunun üçün klubda xüsusi bitcoin-ATM-lər quraşdırılıb. Striptizçilərin özləri bitcoin pul kisələrinin ünvanından ibarət QR kodlu müvəqqəti döymələrdən istifadə edə bilərlər. Müştərilər isə smartfonları vasitəsilə bu kodların rəqəmli surətini çıxara bilərlər.

QR kodlu müvəqqəti döymə

Beləliklə, kriptovalyutadan istifadə rəqqasələrə də banklara bu qədər pulun haradan alındığına dair izahat verməmək imkanı verir.

Adlarını çəkməyəcəyəm, lakin böyüklər üçün əyləncə sahəsində işlədiyimiz üçün hesablarımızı bağlayan və faktiki olaraq bizə xidmət göstərməkdən imtina edən müəyyən banklar var.

Summer Chase
“Legends Room” gecə klubunun rəqqasəsi

Son xəbərlər
Digər xəbərlər