13 C
Baku
Friday, April 19, 2024

“AS Qrup İnvestment” şirkəti “Renessans Palace” premium yaşayış kompleksinin binalarından birini sakinlərin ixtiyarına verdi

“AS Qrup İnvestment” şirkətinin Bakının Yasamal rayonunda inşa etdiyi premium seqment yaşayış kompleksi “Renessans Palace”da mənzillərin açarları mülklərin sahiblərinə təqdim olundu. Dörd binadan ibarət kompleksin korpuslarından birincisi 17 mart tarixində təmir işləri apara bilmələri üçün mənzil sahiblərinə təhvil verildi.

Açarların təqdimatı üçün “Renessans Palace” yaşayış kompleksində təmirə təhvil veriləcək korpusda həmin binanın sakinlərinin iştirakı ilə rəsmi və bədii hissədən ibarət  xüsusi tədbir keçirildi. Təqdimatda çıxış edən “AS Qrup İnvestment” nümayəndələri təmir üçün yaradılan şəraitdən və mənzil sahiblərinin təmiri zamanı təhlükəsizliyə əməl etməli olduqları şərtlər barədə məlumat verdilər.

“AS Qrup İnvestment” şirkətindən bildirildi ki, 2 ay fasilə ilə payızadək bütün korpusların təmirə təhvil verilməsi nəzərdə tutulub. Sentyabr ayında keçirilməsi planlaşdırılan “Grand Opening” (Böyük Açılış) tədbiri ilə “Renessans Palace” premium yaşayış kompleksində artıq yaşayış üçün icazə veriləcək.

İnfrastrukturunda, binanın keyfiyyətində və digər xüsusiyyətlərdə premium seqmentin bütün tələblərinə riayət olunmaqla inşa olunan “Renessans Palace” dörd korpus, 20 blok, 1084 mənzildən ibarətdir.  3 hektar ərazini əhatələndirən yaşayış kompleksinin 1,6 hektar hissəsi sakinlər üçün meşətipli, qapalı park olacaq. Binaların hər mərtəbəsində mənzil sayı maksimum 4-dür. Hər blokda 3 ədəd sürətli “Mistubishi” markalı liftlər quraşdırılıb. Mənzillərin hündürlüyü standard ölçülərdən daha artıq –  3.45 metrdir. Çöl divarlar termobloklarla tikildiyindən evlər yayda sərin, qışda isə isti qalır. Bu isə 40% enerjiə qənaət etməkdir. Pəncərələr izosistemli, 4 kameralı pəncərələr olduğundan Bakı küləyinin səsini və soyuğu içəri buraxmır.

Son xəbərlər
Digər xəbərlər