15 C
Baku
Saturday, April 20, 2024

Queen’s Universitetinə necə daxil oldum və ya xarici təhsili fərqli edən nədir?

Nərgiz Məmmədova

Queen’s Universiteti, Kanada

Beynəlxalq Biznes, MagistrDərəcəsi

Yanvar, 2016

XaricdəTəhsil üzrə Dövlət Proqramı Məzunu


Lütfən, özünüz haqqında məlumat verin.

Mən ikinci dəfə müstəqilliyini qazanmış Yeni Azərbaycanla eyni yaşdayam. Bizə qərbdə “millennium” uşaqları da deyirlər. Yeni bir sistemin quruluşu astanasında dünyaya gəlmək həm çətin, həm də maraqlıdır.  Sən yavaş-yavaş dünyanı dərk etməyə çalışırsan, valideyinlər daha öncə yaşadıqları sovet mühiti, müharibə və s. danışırlar.. Yeni bir düzən qurulduğu üçün də çox şeyi sənin üzərində eksperiment edirlər, əslində bu özündə yeni imkanları da açır.

Mən 5 yaşımda olanda ailəm Bakıya köçmək qərarı alıb. Təhsil həyatımın ilk üç ilini orta məktəbdə oxumuşam, daha sonra valideynlərim məni Azərbaycan-Türkiyə özəl Qafqaz Gimnaziyasına yazdırıb. Həmin illər çox yaxşı yadımdadır, müəllimlərimiz axşam yeddiyə qədər bizi məktəbdə saxlayırdı, axşam yeməyimizi də yedizdirib təki oxuyun deyib yanımızda otururdular. Valideynlərimin, müəllimlərimizin dəstəyi və çox çalışmağın nəticəsində 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil oldum. İlk əvvəl mühitə öyrəşə bilmirdim, dərslərin keyfiyyəti məni qane etmirdi. Daha sonra yuxarı kurslardan bir dostum mənə XİQ qrupları haqqında imtahana az vaxt  qalmış xəbər verdi. Yadımdadır imtahan günü çox yağışlı idi, anam qapının ağzında durub – “Getmə nəyinə lazımdır universitet evimizdən uzaqdır, hava da yaxşı deyil” dedi. Əminliyin hardan gəldiyini bilmədən – ana bu fakültə mənim gələcəyimdir icazə ver gedim dedim. O da sağ olsun qarşı çıxmadı. İmtahan oldu, məni qəbul etdilər və 2011-ci ildə Beynəlxalq İqtisadi Münasibətlər XİQ fakültəsindən bakalavr dərəcəsi ilə məzun oldum. Universitetdə oxuduğum vaxt ikinci kursdan başlayaraq həm də işləyirdim. Elə həmin dönəm tələbə olmağıma baxmayaraq 2012-ci ildə keçirilən “FIFA U-17 Qadınlararası Dünya Çempionatı”da Layihə Koordinatoru vəzifəsində də çalışdım. Məzun olduqdan sonra Biznesin İnkişafı, Layihələrin İdarəolunması, Marketinq və Kommunikasiya sahələri üzrə bir sıra yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq etdim.1

Necə oldu ki, xaricdə təhsil aldınız?

İstək, Çalışqanlıq və Ürəyinin Səsini dinləmək. Daima öyrənmək istəyiməndə uşaqlıqdan var. Valideynlərimin hər ikisi ali savadlı olduqları üçün bizi də həmin ruhda böyüdüblər. Yadımdadır universitetə hazırlaşanda günəşin necə çıxdığını pəncərədən izləyib riyaziyyat məsələləri həll edirdim. Orta məktəbə vaxtından tez başlayıb və bir il də tez bitirdiyim üçün sinif yoldaşlarımdan kiçik idim, həm də evin ilk qız övladı idim, buna görə bakalavr dərəcəsini xaricdə oxumağa valideynlərim razı olmadı. Universiteti bitirdikdən sonra magistr təhsilini almaq üçün bir neçə universitetə daxil olsam da, ya işlərlə bağlı ya da maliyyə məsələlələrinə görə magistr təhsilini gecikdirirdim. FIFA layihəsini tamamladıqdan sonra, bir müddət İsveçrədə Beynəlxalq Təşkilatlar üzrə təhsil aldım, daha sonra Bakıya qayıdıb işləməyə başladım. Amma görünən o idi ki, hələ də təhsilə olan həvəsim mənimlədir. Xaricdə təhsil üzrə dövlət proqramına müraciət etdim, proses çox şəffaf keçdi və elə alındı ki Beynəlxalq Biznes üzrə Magistr dərəcəsi almaq üçün Kanadaya gəldim.Daha sonra, universitet daxili MBA mübadilə proqramını tamamlamaq üçün dörd ay Yaponiyada da təhsil aldım.

Azərbaycan təhsili ilə xarici təhsil arasında fərq nədir?

Bu çox geniş bir sualdır, üzərində fərqli təhsil sahələri üzrə dərin araşdırma aparmaq olar. Öz sahəm üzrə ali təhsillə bağlı Kanadada və Yaponiyada müşahidə etdiyim bəzi fərqləri paylaşa bilərəm.

  Kanada/Yaponiya Azərbaycan
Dərs Zamanı Müzakirələr və Təcrübə Paylaşımı Dərslərə təcrübəli ekspertlər cəlb olunur, professorlarla birlikdə iş adamları, sahibkarlar öz təcrübələrini bölüşmək üçün dəvət edilir, biz onlardan müsahibə alır, fikir mübadiləsi aparılır.

 

Eyni zamanda professorlar dərs boyunca auditoriyaya suallar verib, tələbələr arasında müzakirəyə şərait yaradırlar.

XİQ-də oxuduğum zaman oxşar bir təcrübəmiz olmuşdu. Müəllimlərimiz fərqli şirkətlərdə çalışırdı və bizə öz şəxsi təcrübələrini paylaşmaları çox kömək olurdu. Hətta Ekonomiks müəllimimlə şirkət belə qurmuşduq.

 

Əlavə olaraq, yeni yaranan SABAH qruplarında tətbiq olunduğundan xəbərdaram. Ancaq tələbələrin nəzəriyyə ilə praktikanı birləşdirə bilmələri üçün kütləvi şəkildə bütün təhsil ocaqlarında tətbiqinə ehtiyac var.

Professorlar və Praktika: Akademik həyata başlamadan əvvəl bir neçə şirkətlərdə çalışırlar və ya öz şirkətlərini qururlar.

 

Sahə üzrə 10-20il arası təcrübə qazandıqdan sonra universitetə geri qayıdıb dərs deməyə başlayırlar.

Bir çox hallarda professorlar bakalavr bitirib, magistr və doktorantura təhsili alırlar.

 

Daha sonra dərs deməyə başlayanda akademik yanları praktiki tərəfdən daha güclü olur. Nəticədə tələbələr bir tərəfli böyümüş olur.

Tələbələrə stimul verilməsi və Komanda işinin aşılanması üçün yarışmaların təşkili Universitet daxili və ölkə səviyyəsində Biznes Keyslər və yarışmalar təşkil olunur. Bu yaxınlarda İBM şirkətinin təşəbbüsü ilə keçirilən yarışmada iştirak etmişdik.

 

Bu proses korporativ dünya ilə tələbələri bir addım daha yaxınlaşdırır, komanda şəklində çalışmağı öyrədir və onları nələrin gözlədiyini və gələcək karyeralarını necə yönləndirmələrinə təkan verir.

Hər il keçirilməsi ənənə halına gəlmiş Azərbaycan Biznes Keys Yarışması çox yaxşı nümunədir. 2011-ci ildə biz də iştirak etmişdik, hətta həmin yarışdan sonra bir şirkət məni işə də dəvət etmişdi.

 

Bu kimi təşəbbüslərin çox olması tələbələrin gələcək peşəkar həyatlarında seçim edə bilmələri və alternativlərindən xəbər olmaları üçün çox vacibdir.

Yeni texnologiyalar və təhsil üsullarından istifadə:

 

Universitetdə dərs otaqları ən yeni texnologiya ilə təmin olunurdu, dərslər zamanı yeni çıxan “software”-lərin köməyi ilə simulasiya oyunları təşkil olunurdu.

Həmçinin, təqdim olunan yeni məhsullar fərqli dərslərimizdə tətbiq olunurdu. Universitet daxili keçirilən tədbirlərdə özümüzün test edə bilməyimiz üçün sərgilənirdi (məsələn Google Glasses, Doodle/3D printing)

Biz oxuduğumuz vaxt Bakıda proyektorlardan istifadə olunurdu, digər universitetlərdə yeni tətbiq olunurdu.

 

Ancaq indi, təkcə proyektorlar və kompüterlər yetərli deyil. Biznes sahəsi üçün yararlı bir çox “software”-lərvar (Watson Analytics, Bluemix, Online Project Management Tools və s.) gənclərinonlarlatanışolmalarıgələcəkişhəyatlarınıqat-qatasanlaşdırabilər.

Materialların həcmi və dərslərin ritmi: Bir dərs üçün gələn sessiyaya hazırlanmaq üçün oxuma sahifəsi 100dən çox idi. Araşdırmalar aparılmalı, qrup şəklində hesabatlar yazılıb, prezentasiyalar hazırlanmalı idi.

Nəticə etibarilə biz, stres altında işləməyi, komanda işini və cəldliyi öyrənirdik.

Zənnimcə, xaricdəki təhsilə nisbətən bizdə dərs yükü daha azdır. Daha az araşdırmalar edib, daha az yazı yazırıq. Xaricdə təhsil aldığım zaman hətta fikirləşirdim ki bu qədər yazı yazdıqdan sonra biznes üzrə jurnalist belə olmaq olar J

 

 

Xarici təhsillilərin problemi nədir?

Mən buna problem kimi yanaşmazdım. Xaricdə təhsil alan tələbələr getdiyi ölkələrdə yeni mədəniyyətlərlə qarşılaşırlar. Əgər bakalavr üçün gediblərsə, deməli həmin ölkədə daha uzun müddət yaşamalı olacaqlar. 18-24 yaş arası insanın özünü tanıması üçün mühüm bir perioddur, həmin periodda öyrənilən vərdişləri çox zaman insanlar özlərində daşıyır. Xaricdə təhsilini bitirib vətənə geri gəldikdən bəzən yeni məzunlar mühitə alışmaqda çətinlik çəkə bilirlər.

Digər məqam isə məzun olduqdan işlə təmin olma məsələsidir. Xaricdəki standardları görmüş və ölkəyə geri gəlmiş insan özünə yer tapmaqda biraz çətinlik çəkə bilir – istəyir əmək haqqı ya da oxuduğu ixtisas üzrə müəssisələrin olub-olmaması ilə bağlı.

Nə zaman məzun oldunuz? İşi harda axtarırsınız? Sizə dövlət tərəfindən iş təklif olunubmu?

Keçən ay universitetimizdə təntənəli məzuniyyət törəni oldu. Bakalavrda öz məzuniyyətimdə iştirak edə bilməmişdim, həmin gün işlə bağlı Almaniyaya uçmalı idim. Ancaq bu dəfə iştirak etmək qismət oldu. İndi isə bəzi layihələr üzərində çalışıram. Dövlət tərəfindən hələki əməkdaşlıq təklifi olmayıb.

Xaricdə təhsillə bağlı təklifləriniz nədir? Dövlət Proqramı vasitəsi ilə xaricdə təhsil almısınız, bu il həmin proqram başa çatır. Sizcə, bu proqramın müsbət və mənfi tərəfləri nədir?

Xaricdə təhsil proqramı Azərbaycan dövlətinin verdiyi ən gözəl qərarlardandır. Neft üzərində qurulan iqtisadiyyatımızı indiki dövrün xidmət sahəsinin inkişaf etdirilməsi üçün çox yaxşı addımdır. Bütün tələbələrlə birbaşa ünsiyyətdə olduqları üçün, zənnimcə Təhsil Nazirliyi bu barədə daha məlumatlıdır. Mənim tərəfimdən isə mənfi cəhət kimi yox – ancaq bəzi ideyaları paylaşa bilərəm.

  • Tələbələrin təcrübəsinin dinlənilməsi və yeni ideyaların toplanması: Təhsil prosesi başa çatdıqdan sonra Təhsil Nazirliyi sizin suallarınız kimi sorğu hazırlayıb tələbələrə göndərə bilər, onların fikirlərini öyrənib Azərbaycanda təhsil sisteminin yaxşılaşdırılması üçün həmin ideyaları istifadə edə bilər. Məsələn hər məzun tələbə öz təhsil dövrləri zamanı olan əsas hadisələri, getdikləri ölkədəki təhsil sistemi ilə bağlı və s. prezentasiya hazırlayıb nazirliyinə təqdim edə bilər.
  • Məzun olduqdan sonra kadrların yerləşdirilməsi: Başqa qurumlarla əməkdaşlıq edərək ölkədə hansı sahələr üzrə kadr çatışmazlığı var müəyyən edilə bilər və həmin sahə üzrə gəncləri xaricə göndərmək olar. Və ya məzun olduqdan sonra, hansı qurumlarda boşluqlar varsa ona uyğun olaraq yeni kadrlar yönləndirilə bilər.

Çox istəyərəm ki, Xaricdə Təhsil proqramı davam etdirilsin. Mən daxil olmaqla 100lərlə gənc fərqli ölkələrdə təhsil aldı, fərqli mədəniyyətlərlə tanış oldu və ən əsası bu proqram güclü beyinləri ortaya çıxardı. İndi isə həmin beyinlərdən daha güclü Azərbaycan üçün istifadə etmək zamanıdır.

Jurnalist: Ramid Ibrahimov

Son xəbərlər
Digər xəbərlər