16 C
Baku
Friday, April 26, 2024

“Qurbağa prinsipi” nədir?

Qurbağa qaynar su ilə dolu qazana düşərsə nə baş verər? O dərhal “Bura rahat deyil. Dərhal buradan uzaqlaşmaq lazımdır” – deyə hiss edər və həmin an uzaqlaşar.

Yox əgər, həmin qurbağanı soyuq su ilə dolu qazana qoyduqdan sonra sobanın üzərinə qoysaq və zəif dərəcə ilə qızdırmağa başlasaq nə baş verər? Qurbağa ilk olaraq rahatlanmağa başlayacaq. Təbii ki, o suyun yavaş-yavaş isindiyini hiss edəcək, lakin bununla belə düşünəcək: “Bir qədər də artıq istilikdən bir zərər gəlməz”. Hər şey isə onun qaynar suyun təsirindən həlak olması ilə yekunlanacaq.

Prinsipin mahiyyəti: Həyatımızda sahib olduğumu bir çox mənfi cəhətlər zamanla yığılaraq “dözülməz” həddə çatır. Borclar, artıq çəki, zərərli vərdişlər, bilik, sərvət. Yaşadığınız xırdalıqları qiymətləndirməmək və onları görməzdən gəlmək sizi ucaltdığı kimi, məhvə də sürükləyə bilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər