Rəhbəriniz ilə necə daha yaxşı münasibət qurmaq olar ?

Müəllif: İlkin Məcidov, Qafqaz Universiteti Kariyera Planlama Mərkəzinin müdiri

Rəhbəriniz, yoldaşlarınızdan fərqli olaraq sizin seçə biləcəyiniz bir adam deyil vəhesabat verəcəyiniz bu adama, ondan xoşlansanız da, xoşlanmasanız da tabe olmalısınız. Yaxşı bir idarəedici ilə çalışmaq sizin üçün bir üstünlük olmaqla bərabər həm iş yerindəki rahatlığınız, həm də işinizdə öz karyeranızı daha da uğurlu qurmaq üçün faydalı olacaq. Bunun tam tərsinə rəhbərinizlə qurduğunuz pis əlaqələr, iş yerinizdə son dərəcə narahat olmanıza, iş mühitinizin gərgin olmasına və karyeranızda yarana biləcək yüksəlmə imkanlarına nail olmağa mane olacaq. İdarəçi gücünü iki nöqtədən alır. Birincisi mövqeyi səbəbiylə sahib olduğu səlahiyyət, güc və nüfuzdan, digəri isə fərdi şəxsiyyət xüsusiyyətləri və təşkilat içindəki digərləri ilə qarşılıqlı təsirindən. Yaxşı bir idarəedici ilə yaxşı ünsiyyət necə qurular? Bu bir müddət vaxt tələb edir. Bu vaxt bəziləri üçün özbaşına inkişaf, bəziləri üçün isə zaman alır və səbir tələb edir. Bu fərqliliyin qaynağı isə əksəriyyətlə adamın, xarakter xüsusiyyətləri ilə əlaqədardır. İlk olaraq bilinməsi və tətbiq olunması lazım olan qayda, işi yaxşı etmənizdir. İşinizi ciddiyətə almaz və məsuliyyətlərinizi yerinə yetirməsəniz rəhbərinizlə münasibətiniz onsuz da mümkün olmayacaq. Rəhbərinizə güvən verin və hər zaman diqqətli və çalışqan olun. Əhəmiyyətli bir situasiya iş yerinizdə, həm iş yoldaşlarınıza, həm də rəhbərinizə qarşı davaçı bir üslubunuz olmamasıdır. İşə etdiyiniz çox yaxşı başlanğıc, davaçı, əsəbi və dolanışıqsız rəftarınız səbəbiylə iflasa uğraya bilər. Rəhbərinizlə qurduğunuz ünsiyyət prosesi boyunca idarəçiniz əsla sizin ona hörmət duymadığınızı ya da edilən işləri ondan daha yaxşı bildiyinizi düşünməməlidir. Qabiliyyətli olduğunuz hər sahədə sizin köməyinizə inanmasını təmin etmək, lakin bunun özü üçün bir təhdidə çevrilməməsinə diqqət edin. Rəhbərinin iş tərzini anlamağa çalışın. Çünki yaxşı bir ünsiyyət üçün rəhbərinizin iş tərzini bilmək hər zaman işə yarayar. Aşağıdakı sualların cavabları, rəhbərinizə, iş tərzini və prinsiplərini anlamanızı asanlaşdıracaq.

Rəhbərinizə,

  1. hədəfləri nələrdir?
  2. sizdən gözləmələri nələrdir?
  3. fərdi xüsusiyyətləri nələrdir?
  4. xüsusi olaraq əhəmiyyət verdiyi mövzular var mı?
  5. narahat olduğu nöqtələr hansılardır?

İdarəçilərlə yaxşı əlaqələr qurmağın digər yolu da, iş yerində olan problemlərlə başa çıxmağı bilməkdir. Bir böhranla qarşı-qarşıya qaldığınızda dərhal həyacanlanmayın və rəhbərinizin fikirləri üzərində müəyyən bir müddət düşünmədən ona qarşı çıxmayın. Bunun yerinə həlli yollarını axtarmağa çalışın və bu həlli möhkəm bir plan üzərinə qurun. Bu tip bir yanaşma həm rəhbərinizlə aranızda meydana gələ biləcək gərgin anları önləyər, həm də böyük problemləri həll etmək üçün köməkçi olar. Rəhbərlə quracağınız yaxşı ünsiyyət həm onun, həm də sizin bucağınızdan müsbət nəticələr doğuracaq. Aşağıdakı nöqtələri nəzərdən keçirin …

  1. Necə sual soruşulması lazım olduğunu bilməlisiniz.
  2. İşinizlə əlaqədar bütün nəticə və problemi gecikdirmədən rəhbərinizəbildirməlisiniz.
  3. Rəhbərinizi çatdırılması lazım olan hər hansı bir mesaj varsa, mesajı gecikdirmədən göndərməlisiniz.

İdarəçinin sizinlə danışarkən və ya bir iş haqqında məlumat verərkən, bütün diqqətinizi ona verməniz lazımdır. Xaricdən gələn səslər və ya hərəkətlər diqqətinizi dağıtmamalıdır. Deyilən sözlərə diqqət edin. Əgər sizə xarici bir texniki termin və ya söz ilə qarşılaşsanız, rəhbərinizə şərhini xahiş edin. Dinləmək, mimikaları, səsin tonlamasını, sürətli ya da yavaş olduğunu da təqib etmək mənasını verər. Sizə tapşırılanı başa düşməmisinizsə, rəhbərinizə təkrar etməsini istəmənizdə bir problem yoxdur, çünki bəzən sizə verilən vəzifə çox çox zaman alıcı və ya çətin ola bilər. Bu tip vəziyyətlərdə ümumiyyətlə, mövzu haqqında idarəçiniz sizə ümumi məlumat verəcək. Əgər anlaya bilmədiyiniz detallar olsa, rəhbərinizə sizə yol göstərməsini istəyə bilərsiniz. Sizə verilən vəzifələrin əhəmiyyətli nöqtələrini qeydetmək, irəlidə işinizə yaraya bilər. Lakin bu işi, idarəçiniz danışarkən etməyin. O danışmasını bitirdikdən sonra ağlınızda qalan hər şeyi bir dəftərə köçürməlidir. Dürüst və razı olun. Günahlarınızı qəbul edin və köməyə ehtiyacınız olduğunda bunu bildirməkdən çəkinməyin. Bu şəkildə rəhbərinizin etibarını da qazana bilərsiniz. Rəhbərinizi iş yoldaşlarınıza qəti şəkildə şikayət etməyin. Bu mövzuya xüsusilə diqqət etməyə çalışın. Rəhbərinizlə yaşadığınız bir anlaşılmazlıq sonrası, onu iş yoldaşlarınıza şikayət etmək, sizin kimi düşünən və sizinlə razı olan bir iş yoldaşınıza danışmaq bəlkə müəyyən bir müddətə rahatlaşmağınıza köməkçi olacaq. Lakin sonra xoşlanmayacağınız problemlərlə qarşılaşa bilərsiniz. İş tərzinizi qəti və qatı qaydaları olmamasına diqqət göstərin. Ancaq bu şəkildə yaxşı bir sıra oyunçusu ola bilərsiniz. Əhəmiyyətli günlərin və təlimatları qeydini tutun. İşinizdə səhv etməmək və çətinliyə girməmək üçün bu tip qeydlər saxlamaq çox faydalıdır. Çox zaman aldığınız qeydlər sizə yararsızmış kimi görünə bilər. Amma böhran vəziyyətlərində heç təxmin edə bilməyəcəyiniz qədər işinizə yaraya bilər.