Rəqəmsal bankçılıq üzrə analitik – Bank Respublika ASC

Bank Respublika” ASC “Rəqəmsal bankçılıq üzrə analitik” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, 800-ə yaxın əməkdaş çalışmaqdadır.
Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Daha ətraflı məlumat almaq üçün www.bankrespublika.az saytına müraciət edə bilərsiniz.

Namizədə qarşı tələblər:

• İş təcrübəsi: texniki tapşırıq və biznes proseslərinin təhlili əsasında proqram təminatlarının hazırlanması, onların testdən keçirilməsi, düzəlişlərin edilməsi, sistemlərin avtomatlaşdırılması, layihələrin hazırlanması və icrası üzrə arzu olunandır
• IT sahəsi üzrə təhsil və nəzəri biliklər arzu olunandır;
• Komanda şəklində çalışmağı və müzakirələri aparmağı bacaran, fikrini düzgün və dolğun çatdıra bilən, müzakirə olunan məsələlərdə proaktiv mövqeyə malik olan;
• Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
• Stressə davamlı, çalışqan, öyrənəbilmək və ünsiyyətqurmaq bacarığı;
• Dil bilikləri: Azərbaycan və Rus dilləri mükəmməl olmalı, İngilis dili arzuolunandır.

Ümumi vəzifə öhdəlikləri:

• Rəqəmsal tətbiqlərin işlənilməsi üzrə texniki tapşırıqların hazırlanması;
• İşlənilmiş tətbiqlərin funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
• Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
• Rəqəmsal tətbiqlərin keyfiyyətinə nəzarət edilməsi;
• Daxili hesabatların hazırlanması və onların təhlili;
• Rəqəmsal tətbiqlərin daxili biznes-məntiqinin inkişaf etdirilməsi;

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 iyul 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Rəqəmsal bankçılıq üzrə analitik” qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.