Rəşad Əhmədov icraçı direktor təyin edildi

İcbari Sığorta Bürosunda yeni təyinat olub.

Bu gün qurumun Himayəçilər Şurasının qərarı ilə Rəşad Əhmədov İcbari Sığorta Bürosunun icraçı direktoru təyin edilib.

Qeyd edək ki, Rəşad Əhmədov Türkiyənin Anadolu Universitetinin məzunudur. Beynəlxalq iqtisadiyyat üzrə fəlsəfə doktorudur (PhD). O, 2007-ci ilin oktyabr ayından 2016-cı ilin may ayına qədər “Azərbaycan Sənaye Sığorta” şirkətinin İdarə Heyətinin sədri, 2016-2018-cillərdə isə “Alliance Capital AŞ” şirkətində İdarə Heyətinin sədri olub. Yeni təyinatına qədər R.Əhmədov “Azərbaycan Sənaye Sığorta” şirkətində Direktorlar Şurasının üzvü olub.

Büronun sabiq icraçı direktoru Fariz Əzizovun təyinatı ilə bağlı məlumat yoxdur.

📝 RƏY BİLDİR