13 C
Baku
Friday, March 29, 2024

Rəşad bank adı ilə fəaliyyətə başlayan Azərbaycan bankı

Banker.az saytı olaraq hər zaman sizə banklar haqqında məlumat veririk. Bu dəfə tanış olacağınız bank, Bank Technique-dir.

Hazırda bu bankın fəaliyyətə başlamasından 21 il keçir. Bank Technique 1994 –cü ildə ilk fəaliyyətə başladığı zaman RəşadBank adı ilə xidmət göstərib.

Məlumdur ki, Bank Technique bir neçə il əvvəl öhtəliklərinin yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşdiyindən və bankın fəaliyyətində ciddi nöqsanların olmasından (bu işlə bağlı hətta bir neçə nəfər həbs edilmişdir) bank Mərkəzi Bankla razılaşaraq Beynəlxalq Bankın himayəsinə verilmişdir. O zaman, bankın rəhbərliyi məhz Beynəlxalq Bank və Mərkəzi Bank işçilərindən təşkil edilmişdir.

Yeni rəhbərlik bankı o çətin günlərdən müəyyən mənada qurtara bildi. İlkin olaraq bank rebrendin addımını atdı və bu prosesdə bankın adı dəyişdirildi . Bizim müşahidələrə görə , bank əsas inkişaf strategiyası olaraq high-tech sahəsinə daha meyilli mövqeni seçmişdir – Bank Technique bir növ yüksək texnalogiyaların bank sahəsinə tətbiqi və bunun nəticəsində bank müştərilərinə Azərbaycan üçün novator olar xidmətlərin təklif edilməsinə təmin edilməsindən ibarət idi. Amma göründüyü kimi, bank hələ ki, durğunluq mərhələsindədir – kredit ,depozit əməliyyatlarında bazarda passiv bank kimi fəaliyyət göstərir. Bankın əməliyyatlarının böyük bir qismi daha çox ipoteka kreditləri və korporativ kreditləşmələr təşkil edir.

Bankın ləng inkişafına təsir edən amillərdən biridə Bankın idarə heyətinin sədrinin olmamasından irəli gəlir. Bir neçə ay əvvəl işdən çıxan sədrin yerinə hələki heç kim təyin olmayıb.

Müvəqqəti olaraq sədr vəzifəsini Bankın İdarə Heyətinin birinci müavini Yaşar Səfərov idarə edir.

Qeyd edək ki, Yaşar Səfərov 1995-2012-ci illər ərzində Azərbaycan Beynəlxalq Bankında müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ilin may ayından etibarən isə “Bank Technique” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsini tutur.

 Bankın törəmə müəssisələri

1“Alfa Sığorta” ASC 1997-ci ildə “Murad Sığorta” MMC kimi təsis olunub, 2005-ci ildən “Alfa Sığorta” MMC adı altında fəaliyyətini davam etdirib. 09.06.2008-ci il tarixində “Alfa

Sığorta” MMC təşkilati hüquqi formasını dəyişdirərək Açıq Səhmdar Cəmiyyətinə çevrilib.

 2“Texnika Kapital Menecment” MMC 2003-cü ildən etibarən qiymətli kağızlar bazarında fəaliyyət göstərmək üçün Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən broker və diler lisenziyası alıb.

 Bank Technique hər iki  şirkətin  100% səhmlərinə malikdir.

Maliyyə vəziyyəti

Təəssüfflər olsun ki, bankın ən son göstəriciləri 2014-cü ilin nəticələridir. Bank yeni məlumatları açıqlamağa tələsmir – buda müəyyən mənada ictimaiyyətdən nəyinsə gizlədilməsi kimi yozula bilər, əlavə olaraq Mərkəzi Bankı hesabatların açıqlanması ilə bağlı təlimatından boyun qaçırmaq kimidə qiymətləndirilə bilər.

Qrafikdən göründüyü kimi bankın öhtəlikləri bankın aktivlərinin təxminən 90% təşkil edir ki, bu da öz növbəsində normadan artıq göstəricidir. Rəqəmlərlə bağlı digər interpretasiyaları artıx oxucunun öz ixtiyarına buraxırıq.

3

Bankın 2014 ilin son rübünə olan hesabatları

Bankın beynəlxalq reytinqi

Fitch Ratings:

4

Moody’s Investors Service:

5

 Bankın sahibi kimdir?

6

Xidmət şəbəkəsi

Hazırda Bankın Baş ofisi, 29 filialı Bakı, Abşeron, Gəncə, Sumqayıt, Quba, Mingəçevir, Qəbələ, Beyləqan, Biləsuvar, Zaqatala, Cəlilabad və Tovuzda fəaliyyət göstərir.

İşçi heyəti

Bankın 700 nəfərdən artıq işçi heyəti Baş ofis və filiallarda çalışır.

Pul köçürmələri

Bank aşağıdakı sistemlər vasitəsi ilə köçürmələr həyata keçirir: “Bank Technique” “Western Union”, “Blizko”, “Contact”, “PrivatMoney”, “Lider”, “Faster”, “IBA Express”, “Caspian MoneyTransfer”, “Universal Payment Transfer” (UPT) sistemləri ilə əməkdaşlıq edir.

Son xəbərlər
Digər xəbərlər