16 C
Baku
Thursday, March 28, 2024

Rəhbər və onun zamanı

Zamanla bağlı problemlər bir çoxlarımıza problemlər yaradır. Sözügedən bu problemlə bütün sahibkarlar və menecerlər üzləşirlər. Planların və görüşlərin cədvəlini təşkil etmək onlar üçün bir adətə çevrilib. Lakin bir çox hallarda bu planlar yerinə yetirilmir və yaxid hər hansı bir səbəbdən görüş baş tutmur. Bütün bunların bir səbəbi də öz zamanınızdan düzgün istifadə etməməkdir.

Zamanımızdan necə səmərəli şəkildə istifadə edə bilərik?

Rəhbər aşağıdakı qaydalara riayət etməklə qızıl dəyərində olan zamanından səmərəli şəkildə istifadə etməlidir:

Öz iş zamanınızı müstəsna olaraq ən vacib məsələlərin, problemlərin həlli üçün istifadə edin.

Zamanınızı elə formada bölüşdürün ki, bu zaman qəfil yaranan problemləri də həll etməyə kifayət etsin.

Vaxtınızı boşa aparan və yaxud sizin hesabınıza qazanmaq istəyən insanlardan mümkün qədər qaçmağa çalışın.

Müəyyən zaman keçdikdən sonra özünüzə bu zamanı necə keçirdiyinizin hesabatını verin.

Ən kiçik anları belə qoruyun və boşa keçməsinə imkan verməyin.

İşi sonraya təxirə salmayın, ondan qorxmayın, əksinə, onu dərhal yerinə yetirin.

Heç vaxt deməyin: “zaman azdır, buna görə də bu işi başlamağa dəyməz”. Hər zaman başlamaq lazımdır. Axı özünüz də bilirsiniz ki, ən kiçik zaman kəsiklərini belə istifadə etmək lazımdır.

Bu məsləhətlərə əməl etməyə çalışın. Bununla şəxsi zaman büdcənizi praktiki olaraq planlaşdıra biləcəksiniz.

Son xəbərlər
Digər xəbərlər