16 C
Baku
Friday, April 19, 2024

Rəqəmsal bankçılıq bank xidmətləri bazarına necə təsir edir?

Banker.az saytının verdiyi məlumata görə, 2021-ci ilə qədər rəqəmsal bankçılıqdan istifadə edən şəxslərin sayı 3 milyard dollara çatacaq ki, bu da cari ildə olduğundan 53% çoxdur. Bu məlumatları isə bu yaxınlarda həyata keçirilmiş Retail Banking: Digital Transformation & Disruptor Opportunities 2017-2020 araşdırması təsdiq edir.

Bu isə o deməkdir ki, banklar müştərilərə rəqəmsal bankçılıqdan istifadə təcrübəsini təkmil şəkildə aşılamaq üçün daha çox səy göstərməlidir. Banklar bazarda sahib olduqları payı qorumaq üçün bunu etməyə bir növ məcburdurlar.

Bankların rəqəmsal tranformasiyaya hazırlıq indeksinə (Digital Transformation in Banking Readiness Index) əsasən aşağıdakı banklar dəyişikliklər həyata keçirmək üçün nisbətən hazır olanlardır:

— Banco Santander

— Bank of America

— Barclays

— BBVA

— BNP Paribas

— Citi

— HSBC

— JP Morgan Chase

— RBS

— Société Générale

— UniCredit

— Wells Fargo

Məhz bu banklar digərlərindən fərqli olaraq texnologiyaya yatırım edib, mükəmməl rəqəmsal portfolioya sahibdir və rəqəmsal formata keçid sayəsində xərclərini əhəmiyyətli dərəcədə azaldıb.

 

Son xəbərlər
Digər xəbərlər