15 C
Baku
Friday, March 29, 2024

“Rəqəmsal İpək yolu”nun yaradılması ideyası irəli sürülüb

Yeddi ölkə – Çin, Laos, Sədiyyə Ərəbistanı, Serbiya, Tayland, Türkiyə və BƏƏ Çində keçirilən IV beynəlxalq internet konfransında rəqəmsal iqtisadiyyatda əməkdaşlıq (“Rəqəmsal İpək yolu”nun yaradılması) təşəbbbüsü ilə çıxış edib. Onlara görə, bu təşəbbüs rəqəmsal İpək yolu üzrə əməkdaşlıqda yeni mərhələ olacaq.

Bu barədə Rusiya mətbuatı xəbər verir.

Təşəbbüs müəllifləri bildirirlər ki, rəqəmsal iqtisadiyyatın dünya iqtisadi artımında rolu getdikcə möhkəmlənir. Buna görə də təşşəbüsə əsasən, internetə geniş çıxışın təmin edilməsi, keyfiyyətin yüksəldilməsi, rəqəmsal transformasiyanın reallaşdırılması, elektron kommersiya əməkdaşlığının yaradılması, internet-sahibkarlığın və innnovasiya fəaliyyətinin dəstəklkənməsi, telekommunikasiya və informasiya texnologiyaları sahəsinə investisiya cəlbini stimullaşdırmaq önəmlidir.

Həmçinin, rəqəmsal iqtisadiyyatda şəhərlərarası əməkdaşlıq, standartların şəffaflığının təmin edilməsi və standartlaşma üzrtə qarşılıqlı əlaqə mövcud olmalıdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər