5 C
Baku
Friday, March 29, 2024

Rəqəmsal texnologiyalar üzrə mühəndis – Accessbank

Rəqəmsal texnologiyalar üzrə mühəndis
Məqsəd: Rəqəmli texnologiyalar memarı, vaistəçi funksiya daşıyır və biznes proseslərinin cari
vəziyyətdən rəqəmli texnologiyalar əsrinin tələblərinə cavab verməyə qadir olan vəziyyətə optimal
şəkildə keçidi, eləcə də bütün biznes sahələrində rəqəmli texnologiyaların və rəqəmli təcrübənin tətbiq
olunmasına cavabdehdir.
Öhdəliklər:
 Cari və gələcək tələbatlara cavab vermək üçün yüksək keyfiyyətli həllərin layihələndirilməsi,
yaradılması və dəstəklənməsi yolu ilə biznes məqsədlərinə nail olmaq;
 Texniki həllər, standart inteqrasiya üsulları, biznes və texnologiyaların uyğunlaşdırılması ilə
əlaqədar məsləhətləşmələr aparmaq;
 Texnoloji memarlıq görüntülərinin, məqsədlərin, standartların, strukturun, davranış modellərinin,
maraqlanan bütün şəxslər üçün modellərin hazırlanması və yayılması;
 Texnoloji memarlıq həllərini İT rəhbərliyi ilə razılaşdırmaq;
 Tapşırıqların Rəqəmli Strategiyaya, standartlara və memarlıq həllərinə uyğunluğunu yoxlamaq;
 Tərtibat və modellərin izah olunması və əsaslandırılması yolu ilə layihə və memarlıq ziddiyyətləri
aradan qaldırmaq;
 Layihələndirmə, tətbiq və icra prosesində meydana çıxan texniki riskləri və problemləri müəyyən
etmək;
 Tərtibat üzrə texnoloji həllər nöqteyi-nəzərindən tərtibatçılara və layihəçilərə nəzarət etmək;
 Tərtibat standartlarına və qəbul edilmiş qərarlara müvafiqliyə nəzarət etmək;
 Biznes sahibləri ilə, biznes analitikləri ilə, memarlarla və layihəçilərlə əlaqə yaratmaq;
 Bütün texnoloji həllərin, proses axınlarının və prosedurlarının yığilib saxlanılması;
 Qabaqcıl texnologiyaların monitorinqini apararaq qiymətləndirmək.
Tələb olunan bacarıq və keyfiyyətlər:
 İnformatika, informasiya sistemləri, kompüter mühəndisliyi, sistemli təhlil və ya bu kimi məsələlər
üzrə bakalavr təhsili;
 Bank sahəsi üzrə ixtisas biliyi;
 Rəqəmli memarlıq sahəsində ekspert biliyi (o cümlədən, sosial media, omni-kanal
kommunikasiyaları və qarşılıqlı əlaqələr, şəbəkə və mobil texnologiyalar)
 Sistem layihələndirməsi və inteqrasiya sahələrində qabaqcıl biliklər və anlayışlar
 Müştərilərlə qarşılıqlı münasibətlər yaratmaq üçün müasir rəqəmli alətlərlə yaxından tanışlıq
 Agile və ya Waterfall metodologiyalarını bilmək
 Tələblərin təhlili
 Biznes proseslərinin modelləşdirilməsi
 Komanda işi və təlimatlandırma
 Təqdimat və ünsiyyət
 Azərbaycan və rus dillərini sərbəst, ingilis dilini yaxşı bilmək.

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.

Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Son xəbərlər
Digər xəbərlər