13 C
Baku
Thursday, April 18, 2024

RƏSMİ: Azərbaycanda neft-qaz ehtiyyatlarının kəşfiyyatına maraq artıb

2017-ci ildə ölkədə yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinə 32,3 milyon manat və ya 2016-cı illə müqayisədə 6,5 faiz çox vəsait sərf olunub. Qeyd edək ki, ötən il bu rəqəm 30,34 mln. manat idi.

Banker.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin geoloji-kəşfiyyat işləri haqqında hesabatında bu deyilir.

Aparılmış geoloji-kəşfiyyat işlərinin 81,7 faizi neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilmiş və bu işlərə 26,4 milyon manat xərclənmişdir. Banker.az bildirir ki, bu 2016-ci ildə təqribən 23,76 mln. manat idi.

2016-cı illə müqayisədə ötən il radioaktiv metalların kəşfiyyatına 51,9 faiz, regional geoloji-geofiziki işlərə 25,0 faiz, hidrogeoloji işlərə 19,4 faiz, əlvan metalların kəşfiyyatına 8,3 faiz, elmi-tədqiqat işlərinə 8,0 faiz çox, nəcib metalların kəşfiyyatına 23,8 faiz, qara metalların kəşfiyyatına 14,3 faiz az vəsait sərf edilmişdir.

Son xəbərlər
Digər xəbərlər