26 C
Baku
Saturday, April 20, 2024

RƏSMİ: Azərbaycanda sənaye məhsulu istehsalı 4%-ə qədər azalıb

2017-ci ildə ölkədə 39,6 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi 2017-ci ilin göstəricilərinə dair məlumat yayıb.

Əvvəlki illə müqayisədə sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 3,7% artmasına baxmayaraq, neft sektorunda 4,7% azalma sənaye məhsulunun ümumi istehsalının 3,4% azalmasına səbəb olub.

Sənaye məhsulunun 69,9%-i mədənçıxarma sektorunda, 24,7%-i emal sektorunda, 4,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olub.

Mədənçıxarma sektorunda neft hasilatı 5,6%, əmtəəlik qaz hasilatı isə 3,0% azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 1,0%, içkilərin istehsalı 17,2%, tütün məmulatlarının istehsalı 7,9%, toxuculuq sənayesi məhsullarının istehsalı 44,7%, geyim istehsalı 15,5%, ağacın emalı və ağacdan məmulatların istehsalı 34,7%, kağız və karton istehsalı 0,6%, kimya sənayesi məhsullarının istehsalı 16,5%, əczaçılıq məhsullarının istehsalı 2,5 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 71,7%, tikinti materiallarının istehsalı 46,6%, kompüter və elektron məhsulların istehsalı 25,5%, elektrik avadanlıqlarının istehsalı 34,6%, maşın və avadanlıqların istehsalı 42,9%, sair nəqliyyat vasitələrinin istehsalı 14,7%, mebel istehsalı 16,2% artmış, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,7%, poliqrafiya məhsullarının istehsalı 2,4%, metallurgiya sənayesi məhsullarının istehsalı 8,7%, hazır metal məmulatlarının istehsalı 12,0%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 44,4% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,6%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,2% azalıb.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər