12 C
Baku
Thursday, March 28, 2024

Rəsmi: Ölkədə orta aylıq əmək haqqı bu il 3%-dən çox azaldı

2018-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 510,8 manat olub. Əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2% artsada 2018-ci ilin əvvəli ilə müqayisədə 3,3% azalması deməkdir. Bildirək ki, cari ilin yanvar ayında bu rəqəm 528,2 manat idi. Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.

Məlumata görə, bu il martın 1-nə olan vəziyyətə görə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1516,5 min nəfər olub. Onlardan 887,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 628,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,9%-i təhsil, 19,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2%-i sənaye, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6%-i tikinti, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 11%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Son xəbərlər
Digər xəbərlər