13 C
Baku
Friday, April 19, 2024

Rəssamın “yığışdırılmamış çarpayısı” 4 milyon dollara satıldı

Christie’s hərracında britaniyalı rəssam Treysi Emin-in “Yığışdırılmamış çarpayı”-sı 2,54 milyon funt sterlinqə (4,3 milyon dollardan çox) satılmışdır. Əslində, rəssam kirli paltar və tullantılarla əhatə olunmuş mebel nümunəsini “incəsənət əsərinə” çevirmiş və ona “Mənim çarpayım” adını vermişdir. Bu “əsəri” 2000-ci ildə məşhur kolleksioner Çarlz Saatçi əldə etmiş və ona 150 min funt sterlinq ödəmişdi.

14 il ərzində sənət əsərinin dəyəri bir xeyli yüksəlmişdir. Baş tutan hərraclarda başlanğıc qiymət olaraq 650 min funt təyin edilmişdi. Hərrac təşkilatçıları çarpayını 1,2 milyon dollara satmağı güman edirdilər. Lakin art-diler və White Cube galereyasının yaradıcısı Cey Coplinq ona iki qat artıq məbləğ təklif etmişdir. Rəssam qadının özü də hərracda iştirak edirdi.

Son xəbərlər
Digər xəbərlər