“Rabitəbank”ın səhmdarlarının yığıncağı keçiriləcək, gündəlik açıqlandı

Foto: Banker.az

“Rabitəbank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Banker.az bu barədə Bankın yaydığı məlumata istinad edir.

Yığıncaq 11 may 2018-ci il tarixli qərarına əsasən, iyunun 27-də, saat 17:00-da “Rabitəbank”ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 33 ünvanında olacaq.

Yığıncağın gündəliyinə Bankın 2017-ci maliyyə ili üzrə balansının, mənfəət və zərər haqqında hesabatının, Audit Komitəsinin hesabatının, Müşahidə Şurasının əsasnaməsinin təsdiq edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, ötən ili bank 11,56 mln. manat zərərlə bitirmişdi.  Bankın hazırda nizamnamə kapitalı 88,5 mln. manatdır.

📝 RƏY BİLDİR