8 C
Baku
Thursday, March 28, 2024

“Rabitəbank”ın departamentlərindən biri ləğv olunub

Rabitəbank” ASC-nin Nəzarət və Monitorinq Departamenti ləğv edilib. “Bununla da Bankın departamentlərin sayı 17-yə düşüb.

Qeyd edək ki, ləğv olunan departamentin keçmiş direktoru Binnət Novruzov hazırda Bankın baş direktoru vəzifəsini tutur.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 48 500 059,47 manatdır. Bankın səhmlərinin 23,98%-i Zakir Əlibala oğlu Nuriyevə (Müşahidə Şurasının sədri), 23,24%-i Aslan Tarqulu oğlu Xasiyevə, 22,12%-i Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), 18,83%-i Dilarə Nəsrəddin qızı Nuriyevaya, 11,34%-i Yaşar Feyzi oğlu Qurbanova (“Meqa Sığorta” ASC-nin 15%-lik səhmdarı), qalan 0,49%-i isə digər fiziki şəxslərə məxsusdur.

Report

Son xəbərlər
Digər xəbərlər