5 C
Baku
Friday, March 29, 2024

“Rabitəbank”ın yeni səhmlərini aldı, payı 40%-ə çatdı

“Rabitə Bank” ASC-nin səhmlərində pay bölgüsü dəyişib.

Banker.az xəbər verir ki, Banka məxsus 529 217 ədəd adi səhmin yiyəsinin adı cari ilin ikinci ayından bankın yeni səhmdarı olmuş Rauf Zeynal oğlu Əliyevdir. İnsayder əqdlər dünən, İyunun 4-də “Az Finance İnvestisya Şirkəti” vasitəsi ilə bağlanılıb və ümümi həcmi 10 737 812.93 manat olub. Ümümlikdə isə R. Əliyevin nizamnamə kapitalındakı payı 30%-dən 40%-ə qalxıb.

Məlumat üçün bildirək ki, hazırda R. Əliyevin banka ümümilikdə 41,13 mln. manata yaxın pul qoyub.

Xatırladaq ki, Rauf Əliyev “Meqa Sığorta”nın səhmlərinin 19%-nə hazırda nəzarət edir.

Bankın səhmlərinin qalan hissəsi Zakir Əlibala oğlu Nuriyevə (Müşahidə Şurasının sədri), Aslan Tarqulu oğlu Xasiyevə (Müşahidə Şyrasının üzvü), Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), Dilarə Nəsrəddin qızı Nuriyevaya, Yaşar Feyzi oğlu Qurbanova (“Meqa Sığorta”nın və Direktorlar Şurasının sədri), eləcə də digər fiziki şəxslərə məxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər