30 C
Baku
Wednesday, July 3, 2024

Rayon icra başçısına müavin təyin edilib

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısına yeni müavin təyin edilib.

Banker.az-ın əldə etdiyi məlumata əsasən, başçı Rüstəm Xəlilovun əmri ilə Natiq Dostaliyev Hökməli oğlu icra başçısının müavini və paralel olaraq, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Natiq Dostaliyev buna qədər özəl sektorda çalışıb. Belə ki, 2018-ci ildə təsis edilən gündən “Muğan Aqro Fermer Təsərrüfatı” MMC-nin direktoru olub. 2020-ci ilin avqustundan vəzifəsindən ayrılıb.

Qeyd edək ki, hazırda Hacıqabul RİH başçısının iki müavini var.

 

Son xəbərlər
Digər xəbərlər