22 C
Baku
Saturday, April 20, 2024

“RBC Capital”: Neftin qiyməti 70 dollaradək bahalaşacaq

Kanadanın maliyyə təşkilatı “RBC Capital”ın proqnozuna görə, neftin qiyməti 70 dollaradək bahalaşacaq.

“RBC Capital” hesabatında Nigeriya, İraq, Venesuela, Əlcəzair və Liviyadakı müharibə və siyasi vəziyyətin neft hasilatında çətinliklər yaradacağı, bunun nəticəsində də bazarda formalaşacaq təklif azlığının “qara qızıl”ın qiymətinin bahalaşmasına səbəb olacağı bildirilir.

“RBC”nin qlobal əmtəə strategiyası müdiri Helima Kroftun fikrincə ilk növbədə gündəlik təklif azaldılmalı və qlobal ehtiyatlar normal səviyyələrə gəlməlidir. H.Kroft deyib: “RBC” Qərbi Texas növü – “Layt” markalı neftin bir barrelinin qiymətinin bu ilin dördüncü rübünə kimi təxminən 50 dollar səviyyəsinə qalxacağını proqnozlaşdırır. O cümlədən qlobal neft ehtiyatları lazımi vəziyyətə qayıtmayana qədər “qara qızıl”ın qiyməti 55-60 dolları ötməyəcək”.

Lakin H.Kroftun qənaətinə görə qarşıdakı iki ildə neftin qiyməti 60-70 dollar olacaq və bazarda tarazlıq yaranacaq.

AZƏRTAC

twitter_follow_button

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər