13 C
Baku
Friday, April 26, 2024

Real, lakin inanılmaz rəsmin tarixçəsi

Gregor Baçi-nin portreti XVı əsrdə yaşamış naməlum alman rəssamının əsəridir və hazırda İnsburqda Ambras qəsrində saxlanılır. Rəsm kətan üzərində yağlı boya ilə işlənmişdir. Bu rəsm əsərində macar zadəgan Gregor Baçi təsvir edilmişdir. Bu zadəgan yaralandıqdan, yəni nizənin sağ gözündən daxil olaraq boyun hissəsindən çıxmasından sonra sağ qalmağı bacarmışdır.

Rəsm əsərinin sol yuxarı hissəsində latın dilində GREGOR. BAXI VNG: NOB: — macar zadəgan Gregor Baçi yazısı yazılmışdır.

Zadəganın yaralanmasına dair bir neçə versiyalar mövcuddur. Bu versiyalardan birinə görə o cəngavər turniri zamanı, digərinə görə isə türklərlə döyüş zamanı yaralanmışdır. Bu rəsm ilk dəfə 1621-ci ildə xatırlanıb.

Bu təsvirlə bağlı yaranan sirli suallardan biri – insanın belə bir yaradan sonra necə yaşaya bilməsidir. Ola bilsin ki, məhz bu fakt bu zadəganın təsvirinin yaradılmasına səbəb olmuşdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər